Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avstriyada 29 sentyabr 2024-cü ildə keçirilən ümumi seçkilərdən 130 gün keçməsinə baxmayaraq, hələ də hökumət qurulmayıb.
Bu, ölkə tarixində ən uzun koalisiya danışıqları prosesi kimi qeydə alınıb.
BAKU.WS xəbər verir ki, seçkilərdən təxminən bir ay sonra hökuməti qurmaq vəzifəsi keçmiş baş nazir, mərkəz-sağ Avstriya Xalq Partiyasının (ÖVP) keçmiş lideri Karl Nehammer-ə həvalə olunub.
Lakin o, Sosial Demokrat Partiyası (SPÖ) və liberal Yeni Avstriya Partiyası (NEOS) ilə iki aydan çox davam edən danışıqlarda nəticə əldə edə bilməyib.
Bunun ardınca 6 yanvar tarixində prezident Aleksandr Van der Bellen, hökuməti qurmaq vəzifəsini aşırı sağçı Azadlıq Partiyasının (FPÖ) lideri Herbert Kickl-ə tapşırıb.
FPÖ ilə hökumət qurmağa razı olan yeganə partiya ÖVP olub və iki tərəf 10 yanvarda danışıqlara başlayıb.
İlkin mərhələdə büdcə kəsirinin aradan qaldırılması məsələsində sürətli razılıq əldə olunsa da, sonrakı danışıqlarda ciddi fikir ayrılıqları yaranıb.