Icma.az
close
up
RU
Avstriyada 130 gündür hökumət qurula bilmir

Avstriyada 130 gündür hökumət qurula bilmir

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avstriyada 29 sentyabr 2024-cü ildə keçirilən ümumi seçkilərdən 130 gün keçməsinə baxmayaraq, hələ də hökumət qurulmayıb. Bu, ölkə tarixində ən uzun koalisiya danışıqları prosesi kimi qeydə alınıb.

BAKU.WS xəbər verir ki, seçkilərdən təxminən bir ay sonra hökuməti qurmaq vəzifəsi keçmiş baş nazir, mərkəz-sağ Avstriya Xalq Partiyasının (ÖVP) keçmiş lideri Karl Nehammer-ə həvalə olunub. Lakin o, Sosial Demokrat Partiyası (SPÖ) və liberal Yeni Avstriya Partiyası (NEOS) ilə iki aydan çox davam edən danışıqlarda nəticə əldə edə bilməyib.

Bunun ardınca 6 yanvar tarixində prezident Aleksandr Van der Bellen, hökuməti qurmaq vəzifəsini aşırı sağçı Azadlıq Partiyasının (FPÖ) lideri Herbert Kickl-ə tapşırıb.

FPÖ ilə hökumət qurmağa razı olan yeganə partiya ÖVP olub və iki tərəf 10 yanvarda danışıqlara başlayıb. İlkin mərhələdə büdcə kəsirinin aradan qaldırılması məsələsində sürətli razılıq əldə olunsa da, sonrakı danışıqlarda ciddi fikir ayrılıqları yaranıb.

Bunlar arasında:

-FPÖ-nün Avropa İttifaqına (Aİ) münasibəti,

-Rusiyaya yaxınlığı,

-ÖVP-nin banklara yeni vergi tətbiq etmək istəyi,

-Ev şəraitində uşaq baxımı üçün sosial dəstəyin ləğvi kimi məsələlər yer alıb.

Bundan əlavə, nazir postlarını kimlərin tutacağı ilə bağlı ciddi mübahisələrin yaşandığı bildirilib. Bu da danışıqların dalana dirəndiyini göstərir.

Hökumət qurulacaq, yoxsa yeni seçki keçiriləcək?

Ötən gün ÖVP-nin yaydığı bəyanatda koalisiya danışıqlarının "çətin mərhələyə girdiyi" qeyd edilib. Bundan dərhal sonra partiyanın lideri Kristian Stoker prezident Van der Bellenlə görüşüb.

Qeyd edək ki, Avstriyada ən uzun koalisiya danışıqları 1962-ci ildə ÖVP və SPÖ arasında 129 gün çəkmişdi. Hazırda 130 günə çatan proses ölkə tarixində yeni rekord kimi qeydə alınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://baku.ws
archiveBu xəbər 06 Fevral 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri