News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avstriyada Avstriya Xalq Partiyasının (ÖVP) rəhbərliyi ilə aparılan koalisiya danışıqları uğursuzluğa düçar olduqdan sonra bu partiyanın sədri və hazırkı federal Kansler Karl Nehammer hər iki vəzifəsindən istefa verdiyini açıqlayıb.News24.az xəbər verir ki, ötən il sentyabrın 29-da keçirilən növbəti parlament seçkilərində sağçı-radikal kursu ilə tanınan Avstriya Azadlıq Partiyası (FPÖ) 28,8 faizlə qələbə qazansa da, dövlət başçısı Aleksander Van der Bellen yeni hökuməti qurmaq mandatını həmin partiyaya deyil, 26,2 faiz səslə ikinci yerdə qərarlaşan ÖVP-yə vermişdi.
A. Van der Bellen bu qərarını digər partiyaların FPÖ ilə eyni hökumətdə təmsil olunmaq istəmədikləri ilə əsaslandırmış, yeni hökuməti qurmağ
Lakin yanvarın 4-də NEOS aradakı ciddi fikir ayrılıqlarını nəzərə alaraq koalisiya danışıqlarını dayandırdığını elan edib.
Bunun ardınca isə ÖVP-SPÖ arasında danışıqların davam edəcəyi gözlənilsə də, axşam saatlarında ÖVP də danışıqlar masasını tərk edib.
Bununla da parlament seçkilərindən sonra yeni hökumətin qurulması ətrafında siyasi böhran yaranıb.Yaranmış siyasi vəziyyətdə Avstriyanın hazırki federal Kansleri Karl Nehammer tutduğu vəzifəsindən istefa verdiyini və yeni rəhbərlik üçün keçidlə bağlı bütün prosesləri nizamlı şəkildə aparilmasına çalışacağını bəyan edib.
Hazırkı vəziyyətdə onun partiyası bir tərəfdən yeni rəhbərlik axtarışında, digər tərəfdən isə koalisiya danışıqlarının aqibətini müəyyən etməklə məşğuldur.
Koalisiya danışıqlarını davam etdirmək və hökuməti qura bilmək üçün ÖVP-nin yeganə seçimi sağçı-radikal FPÖ partiyası qalır.