Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Avstriyada böhran yaranıb

Avstriyada böhran yaranıb

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avstriyada Avstriya Xalq Partiyasının (ÖVP) rəhbərliyi ilə aparılan koalisiya danışıqları uğursuzluğa düçar olduqdan sonra bu partiyanın sədri və hazırkı federal Kansler Karl Nehammer hər iki vəzifəsindən istefa verdiyini açıqlayıb.

News24.az xəbər verir ki, ötən il sentyabrın 29-da keçirilən növbəti parlament seçkilərində sağçı-radikal kursu ilə tanınan Avstriya Azadlıq Partiyası (FPÖ) 28,8 faizlə qələbə qazansa da, dövlət başçısı Aleksander Van der Bellen yeni hökuməti qurmaq mandatını həmin partiyaya deyil, 26,2 faiz səslə ikinci yerdə qərarlaşan ÖVP-yə vermişdi. A. Van der Bellen bu qərarını digər partiyaların FPÖ ilə eyni hökumətdə təmsil olunmaq istəmədikləri ilə əsaslandırmış, yeni hökuməti qurmağı Karl Nehammerə həvalə etmiş, ÖVP Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) və Yeni Avstriya və Liberal Forum (NEOS) partiyası ilə koalisiya danışıqlarına start verilmişdi.

Milad bayramı öncəsi tərəflər prinsip etibarilə yeni hökumətlə bağlı danışıqların uğurla getdiyini və maliyyə məsələləri ilə bağlı yaradılmış işçi qrupun detalları müzakirə etdikdən sonra 2025-ci ilin əvvəlində yekun qərarın veriləcəyini vurğulamışdı. Lakin yanvarın 4-də NEOS aradakı ciddi fikir ayrılıqlarını nəzərə alaraq koalisiya danışıqlarını dayandırdığını elan edib. Bunun ardınca isə ÖVP-SPÖ arasında danışıqların davam edəcəyi gözlənilsə də, axşam saatlarında ÖVP də danışıqlar masasını tərk edib. Bununla da parlament seçkilərindən sonra yeni hökumətin qurulması ətrafında siyasi böhran yaranıb.

Yaranmış siyasi vəziyyətdə Avstriyanın hazırki federal Kansleri Karl Nehammer tutduğu vəzifəsindən istefa verdiyini və yeni rəhbərlik üçün keçidlə bağlı bütün prosesləri nizamlı şəkildə aparilmasına çalışacağını bəyan edib. Hazırkı vəziyyətdə onun partiyası bir tərəfdən yeni rəhbərlik axtarışında, digər tərəfdən isə koalisiya danışıqlarının aqibətini müəyyən etməklə məşğuldur. Koalisiya danışıqlarını davam etdirmək və hökuməti qura bilmək üçün ÖVP-nin yeganə seçimi sağçı-radikal FPÖ partiyası qalır. Bu halda ÖVP səs nisbətinə görə kiçik tərəfdaş rolu ilə razılaşmalıdır. Digər mühüm sual isə partiyaya yeni rəhbərinin kim olacağı, həmin şəxsin qısa və ya uzun müddət üçün bu funksiyanı daşımasıdır.

Federal Prezident Aleksander Van der Bellen gün ərzində yaranmış vəziyyətlə bağlı mövqeyini açıqlamalıdır və hazırkı böhran çıxılmaz vəziyyət yaradıb. Dövlət başçısının üstünlük verdiyi siyasi konstellasiyanı qurmaq mümkün olmayıb və əlavə siyasi gedişlər üçün imkanlar məhdudlaşıb. ÖVP-nin tutacağı siyasi kurs (FPÖ ilə koalisiya danışıqlarına hazır olmaq və ya yeni seçkilərə getmək) dövlət başçısının qərarına öz təsirini göstərəcək.

FPÖ partiyası bu böhrandan ən çox bəhrələnən tərəf kimi görünür. Partiya sədri Herbert Kikl bildirib ki, indiki vəziyyətdə ÖVP-nin parlament seçkilərində xalqın istəyini dərk etməsi üçün fürsət yaranıb. O, bununla da partiyasının seçkilərdə qalib gələn tərəf kimi hökumətdə təmsil olunmalı olduğunu bir daha vurğulayıb.

Son həftələrin sorğuları FPÖ partiyasının daha çox tərəfdar qazandığını göstərir. Bu da o deməkdir ki, istər hökumət danışıqlarında iştirak olsun, istərsə də ölkədə yenidən parlament seçkiləri təyin edilsin, hər iki halda FPÖ mövqelərini daha da gücləndirəcək.//Azərtac 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Yanvar 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see558

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see298

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see291

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see217

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see217

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see216

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see216

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see204

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see203

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see203

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see203

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see201

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see199

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see196

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see195

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see195

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri