Avstriyanın Azərbaycandakı səfirliyində xoş bir Nəsimi rüzgarı | Icma.az
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avstriyanın Azərbaycandakı səfirliyində xoş bir Nəsimi rüzgarıBakupost.az xəbər verir ki, Avstriyanın Azərbaycandakı səfiri cənab Tomas Shuller Götzburgun xanımı Tran Thi Khanh Trangın təşəbbüsü ilə Şərq və Qərbi birləşdirən körpülər silsiləsindən ilk tədbir keçirildi.
Əslən vyetnamlı olan və beynəlxalq əlaqələr üzrə mütəxəssis xanım Trangın öz evində qonaqpərvərlik və Azərbaycana sevgiylə təşkil etdiyi tədbirin əsas mövzusu İMADƏDDİN NƏSİMİ, onun ədəbi və fəlsəfi şəxsiyyəti idi.
Beynəlxalq əlaqələr qurulmasında fərqli formatlı bu tədbirin digər təşkilatçısı ixtisasca həkim olsa da, Nəsimi şəxsiyyəti barədə yetərincə məlumatlı olan Arzu xanım Rüstəmova idi.
O və rəhbərlik etdiyi Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi Erkən Müdaxilə Mərkəzinin əməkdaşlarının Avstriya səfirliyi ilə birgə əməyi nəticəsində dünən Nəsiminin adı bir daha yad olundu, təbliğ olundu, yenidən sevgi haləsinə büründü.
Tədbirə Azərbaycanda fəaliyyət göstərən bir çox səfirliklərin əməkdaşları dəvət olunmuşdu.
Məqsəd Qərb və Şərqi birləşdirən ortaq mənəvi dəyərləri araşdırmaq idi.
Fərqli formatda təşkil olunan tədbirin aparıcılığı xanım Tranga aid idi və o söhbəti müsahibə şəklində qurmuşdu.
Tam oxu
Xəbəri oxu