Icma.az
close
up
RU
Avstriyanın Azərbaycandakı səfirliyində xoş bir Nəsimi rüzgarı

Avstriyanın Azərbaycandakı səfirliyində xoş bir Nəsimi rüzgarı

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avstriyanın Azərbaycandakı səfirliyində xoş bir Nəsimi rüzgarı

Bakupost.az xəbər verir ki, Avstriyanın Azərbaycandakı səfiri cənab Tomas Shuller Götzburgun xanımı Tran Thi Khanh Trangın təşəbbüsü ilə Şərq və Qərbi birləşdirən körpülər silsiləsindən ilk tədbir keçirildi. Əslən vyetnamlı olan və beynəlxalq əlaqələr üzrə mütəxəssis xanım Trangın öz evində qonaqpərvərlik və Azərbaycana sevgiylə təşkil etdiyi tədbirin əsas mövzusu İMADƏDDİN NƏSİMİ, onun ədəbi və fəlsəfi şəxsiyyəti idi. Beynəlxalq əlaqələr qurulmasında fərqli formatlı bu tədbirin digər təşkilatçısı ixtisasca həkim olsa da, Nəsimi şəxsiyyəti barədə yetərincə məlumatlı olan Arzu xanım Rüstəmova idi. O və rəhbərlik etdiyi Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi Erkən Müdaxilə Mərkəzinin əməkdaşlarının Avstriya səfirliyi ilə birgə əməyi nəticəsində dünən Nəsiminin adı bir daha yad olundu, təbliğ olundu, yenidən sevgi haləsinə büründü.

Tədbirə Azərbaycanda fəaliyyət göstərən bir çox səfirliklərin əməkdaşları dəvət olunmuşdu. Məqsəd Qərb və Şərqi birləşdirən ortaq mənəvi dəyərləri araşdırmaq idi. Fərqli formatda təşkil olunan tədbirin aparıcılığı xanım Tranga aid idi və o söhbəti müsahibə şəklində qurmuşdu. Müsahibəyə ilk dəvət olunan Liviyanın Azərbaycandakı səfirinin xanımı Dr. Hoda El Sayed Nasser təsəvvüf haqqında təsəvvür yaradaraq, təkcə doktorluq işinin deyil, ailəsinin də sufiliyə bağlı olduğunu, o mühitdə böyüdüyünü bildirdi, təsəvvüfün ana xətlərini açıqladı. Tədbirin ikinci qonağı isə mən idim. Xanım Trangın peşəkarlıqla verdiyi suallar əsasında Nəsimi və hürufiliyin dinlər və millət arasındakı ayrılığı deyil, barışdırıcılığı təbliğ etdiyini, Nəsimi və mənsub olduğu hürufiliyin təsir dairəsinə Balkanlardan Hindistanadək böyük bir coğrafiyaya aid söz və fikir insanlarının daxil olduğunu vurğuladım. Nəsimi və hürufiliyin Azərbaycanla bağlı olub geniş coğrafiyada eşq fəlsəfəsini təbliğ etdiyini, bu eşqin Yaradanla birgə yaradılmışa da yönəlik olduğunu nəzərə çatdırdım. Tədbirə dəvət olunan istedadlı xanəndə Səbinə Ərəbli və onu müşayiət edən musiqiçilər, həqiqətən, uğurlu çıxış edib müxtəlif ölkələrin təmsilçilərini heyran etdi. Nəsiminin "Neylərəm", "Sığmazam" və digər əsərlərinin muğam üstə ifası məclisə fərqli bir rəng qatdı. Tədbirdə çıxışlar arasında Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi Erkən Müdaxilə Mərkəzinin təşkilatçılığı ilə tələbələrin Nəsiminin tuyuqlarını ingiliscə səsləndirmələri də dinləyicilərin rəğbət və marağına səbəb oldu.

Avstriya səfirliyinin bu təqdirəlayiq təşəbbüsü nəticəsində, zənnimcə, bir daha Nəsiminin ruhu şad oldu, dinləyicilər də onun EŞQ FƏLSƏFƏSİndən müəyyən qədər faydalana bildilər…

Səadət Şıxıyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 Dekabr 2024 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri