Avstriyanın həbs cəzasına məhkum edilmiş keçmiş kansleri bəraət aldı | Icma.az
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Vyana Torpaq Cinayət Məhkəməsi Avstriyanın keçmiş federal kansleri Sebastian Kurtsun yalan ifadə vermə ittihamı üzrə verilmiş 8 ay şərti həbs cəzasına dair apellyasiya şikayətini təmin edib və onu tam bəraətə layiq görüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Die Presse" qəzeti məlumat yayıb.
Kurtsun işində bəraət çıxarılsa da, keçmiş kabinet rəhbəri Bernhard Bonelliyə qarşı hökm qüvvədə qalıb.
O, ölkə parlamentinə yalan ifadə verdiyinə görə 6 ay şərti həbs cəzasına məhkum edilib.
Xatırladaq ki, Sebastian Kurts 2017-2021-ci illərdə Avstriya hökumətinə rəhbərlik edib.
Onun məhkəmə prosesi 2023-cü ilin oktyabrında başlayıb. İqtisadi cinayətlər və korrupsiya ilə mübarizə üzrə prokurorluq Kurtsu dövlətə məxsu
Kurts isə həmin təyinat prosesinə təsir göstərmədiyini iddia edirdi. Bu iş üzrə onu üç ilədək azadlıqdan məhrumetmə cəzası gözləyirdi.
Tam oxu
Xəbəri oxu