Icma.az
close
up
RU
Avstriyanın həbs cəzasına məhkum edilmiş keçmiş kansleri bəraət aldı

Avstriyanın həbs cəzasına məhkum edilmiş keçmiş kansleri bəraət aldı

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vyana Torpaq Cinayət Məhkəməsi Avstriyanın keçmiş federal kansleri Sebastian Kurtsun yalan ifadə vermə ittihamı üzrə verilmiş 8 ay şərti həbs cəzasına dair apellyasiya şikayətini təmin edib və onu tam bəraətə layiq görüb.

Oxu.Az xəbər verir ki, bu barədə "Die Presse" qəzeti məlumat yayıb.

Kurtsun işində bəraət çıxarılsa da, keçmiş kabinet rəhbəri Bernhard Bonelliyə qarşı hökm qüvvədə qalıb. O, ölkə parlamentinə yalan ifadə verdiyinə görə 6 ay şərti həbs cəzasına məhkum edilib.

Xatırladaq ki, Sebastian Kurts 2017-2021-ci illərdə Avstriya hökumətinə rəhbərlik edib. Onun məhkəmə prosesi 2023-cü ilin oktyabrında başlayıb. İqtisadi cinayətlər və korrupsiya ilə mübarizə üzrə prokurorluq Kurtsu dövlətə məxsus investisiya holdinqi OeBAG rəhbərliyinin təyin olunması ilə bağlı parlament komitəsində yalan ifadə verməkdə şübhəli bilirdi. Kurts isə həmin təyinat prosesinə təsir göstərmədiyini iddia edirdi.

Bu iş üzrə onu üç ilədək azadlıqdan məhrumetmə cəzası gözləyirdi. Müdafiə tərəfi isə məhkəmə prosesində hakim Mixael Radastiçin, Kurtsun siyasi rəqibi olan Peter Pilts ilə yaxın əlaqələrinə görə qərəzli davrandığını əsas gətirərək onun işdən kənarlaşdırılmasını tələb etmişdi. Lakin hakim Radastiç Piltslə dostluq münasibətində olduğunu inkar etmişdi.

Kurts, həmçinin prokurorluğu ona qarşı tərtib edilən sübutların - xüsusilə çat yazışmalarının - yalnız seçilmiş hissələrinə istinad etməklə qərəzli mövqe tutmaqda ittiham etmişdi.

Nəticədə, 2024-cü ilin fevralında hakim Radastiç Kurtsu parlament komitəsində yalan ifadə verməyə görə 8 ay şərti cəzaya məhkum etsə də, onu OeBAG holdinqinə təyinatla bağlı ittihamdan bəraətə layiq görmüşdü. Kurtsun sınaq müddəti 3 il müəyyənləşdirilmişdi. Müdafiə tərəfi həmin hökmü ədalətsiz sayaraq apellyasiya şikayəti verəcəyini bildirmişdi.

Hazırda isə apellyasiya instansiyası həmin hökmü ləğv edərək Sebastian Kurtsa tam bəraət verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 May 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri