Avtobus və metroda qulaqlıqsız mahnı dinləyənlər cərimələnə bilər? AÇIQLAMA

26.01.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

İctimai nəqliyyatda sərnişinlərin rahatlığını pozan bir sıra davranışlar müşahidə olunur. Bildirilir ki, bunlara yüksək səslə musiqi dinləmək və ya film izləmək, ətrafı zibilləmək, digər sərnişinlərə qarşı hörmətsiz davranmaq daxildir. Hazırda qanunvericilik bu kimi hallar üçün xüsusi tənzimləmələr müəyyən etməyib. Nəqliyyatla bağlı ümumi qanunlar mövcud olsa da, sərnişinlərin bir-birinə qarşı hörmətini pozan konkret hallar üçün ayrıca norma yoxdur.
Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, əgər bu cür halların sayı artıbsa, onları təhlil etmək və problemin miqyasını təsbit etmək mümkündür:
“Belə yanaşma gələcəkdə sərnişin davranışlarını tənzimləyən daha konkret qaydaların hazırlanmasına əsas yarada bilər. Bu, ictimai nəqliyyatda nizam-intizamın qorunması və sərnişinlərin rahatlığının təmin olunması baxımından önəmlidir”.
Qeyd edək ki, ictimai nəqliyyatda sərnişinlərin davranışlarının tənzimlənməsi yalnız qanuni normaların tətbiqi ilə kifayətlənmir, eyni zamanda maarifləndirmə, nəqliyyat mədəniyyəti və ictimai məsuliyyətin artırılması ilə də dəstəklənməlidir.
Yəni, ictimai nəqliyyatda yüksək səslə video izləyənlər və sərnişinlərin rahatlığını pozan digər davranışlar artıq qanuni tənzimləmə mövzusuna çevrilə bilər. Əgər bu təkliflər reallaşarsa, sərnişinlər artıq ictimai nəqliyyatda kənar səslərdən və narahatedici davranışlardan qorunmaq üçün qanuna "söykənə" biləcəklər. Bu, xüsusilə işdən yorğun qayıdan və ya sükut axtaran vətəndaşlar üçün avtobusların daha dözülən məkana çevrilməsi, həmçinin etik qaydalara əməl etməyənlərin müəyyən qadağalarla üzləşməsi deməkdir.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью