Avtobus və metroda qulaqlıqsız mahnı dinləyənlər cərimələnə bilər? AÇIQLAMA
Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
İctimai nəqliyyatda sərnişinlərin rahatlığını pozan bir sıra davranışlar müşahidə olunur. Bildirilir ki, bunlara yüksək səslə musiqi dinləmək və ya film izləmək, ətrafı zibilləmək, digər sərnişinlərə qarşı hörmətsiz davranmaq daxildir. Hazırda qanunvericilik bu kimi hallar üçün xüsusi tənzimləmələr müəyyən etməyib. Nəqliyyatla bağlı ümumi qanunlar mövcud olsa da, sərnişinlərin bir-birinə qarşı hörmətini pozan konkret hallar üçün ayrıca norma yoxdur.
Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, əgər bu cür halların sayı artıbsa, onları təhlil etmək və problemin miqyasını təsbit etmək mümkündür:
“Belə yanaşma gələcəkdə sərnişin davranışlarını tənzimləyən daha konkret qaydaların hazırlanmasına əsas yarada bilər. Bu, ictimai nəqliyyatda nizam-intizamın qorunması və sərnişinlərin rahatlığının təmin olunması baxımından önəmlidir”.
Qeyd edək ki, ictimai nəqliyyatda sərnişinlərin davranışlarının tənzimlənməsi yalnız qanuni normaların tətbiqi ilə kifayətlənmir, eyni zamanda maarifləndirmə, nəqliyyat mədəniyyəti və ictimai məsuliyyətin artırılması ilə də dəstəklənməlidir.
Yəni, ictimai nəqliyyatda yüksək səslə video izləyənlər və sərnişinlərin rahatlığını pozan digər davranışlar artıq qanuni tənzimləmə mövzusuna çevrilə bilər. Əgər bu təkliflər reallaşarsa, sərnişinlər artıq ictimai nəqliyyatda kənar səslərdən və narahatedici davranışlardan qorunmaq üçün qanuna "söykənə" biləcəklər. Bu, xüsusilə işdən yorğun qayıdan və ya sükut axtaran vətəndaşlar üçün avtobusların daha dözülən məkana çevrilməsi, həmçinin etik qaydalara əməl etməyənlərin müəyyən qadağalarla üzləşməsi deməkdir.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Avtobus və metronun qrafiki dəyişə bilər (RƏSMİ AÇIQLAMA)
11 May 2025 05:29
Avtobus zolaqlarının artırılması tıxacları azalda bilər? AÇIQLAMA
07 Avqust 2025 15:54
Avtobus və metroda gedişhaqqı: belə ola bilər YENİLİK
28 Avqust 2025 06:03
Elektrikli avtobus niyə yolda qalıb? AÇIQLAMA
29 Noyabr 2024 13:53
AYNA avtobus sürücülərinə nəzarəti gücləndirməlidir AÇIQLAMA
12 Mart 2025 17:19
Baxış sayı:97
Bu xəbər 26 Yanvar 2026 16:50 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları