Avtobus və taksi sürücüləri psixoloji testdən keçiriləcək? AYNA dan AÇIQLAMA

30.07.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müxtəlif vaxtlarda sosial şəbəkələrdə istər avtobus, istərsə də taksi sürücülərinin aqressiv davranışı müzakirə olunur. Hətta bəzən sərnişinin müraciəti əsasında davranışla bağlı iş məhkəməyə qədər gedib çıxır.
Bildiyimiz kimi, sürücülər müəyyən testdən keçdikdən sonra onların fəaliyyətinə icazə verilir. Onlardan buraxılış kartı almaq üçün tələb olunan sənədlərdən biri də reysqabağı tibbi müayinə müqaviləsidir.
Bəs sürücülər psixoloji testdən keçirilə bilərmi? Bunun üçün hər hansı təklif varmı
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, qanunvericilikdə  sürücülərin psixoloji testdən keçirilməsi ilə bağlı hər hansı müddəa mövcud deyil.
Qeyd edilib ki, müddəa mövcud olmasa da AYNA tərəfindən sürücülərin psixoloji, emosional vəziyyətinin idarə olunması ilə bağlı  daşıyıcılarla iş aparılır və onlar tərəfindən də bu cür təlimlər keçirilir.  
Günay Şahmar, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью