Avtobus və taksi sürücüləri psixoloji testdən keçiriləcək? AYNA dan AÇIQLAMA
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müxtəlif vaxtlarda sosial şəbəkələrdə istər avtobus, istərsə də taksi sürücülərinin aqressiv davranışı müzakirə olunur. Hətta bəzən sərnişinin müraciəti əsasında davranışla bağlı iş məhkəməyə qədər gedib çıxır.
Bildiyimiz kimi, sürücülər müəyyən testdən keçdikdən sonra onların fəaliyyətinə icazə verilir. Onlardan buraxılış kartı almaq üçün tələb olunan sənədlərdən biri də reysqabağı tibbi müayinə müqaviləsidir.
Bəs sürücülər psixoloji testdən keçirilə bilərmi? Bunun üçün hər hansı təklif varmı
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, qanunvericilikdə sürücülərin psixoloji testdən keçirilməsi ilə bağlı hər hansı müddəa mövcud deyil.
Qeyd edilib ki, müddəa mövcud olmasa da AYNA tərəfindən sürücülərin psixoloji, emosional vəziyyətinin idarə olunması ilə bağlı daşıyıcılarla iş aparılır və onlar tərəfindən də bu cür təlimlər keçirilir.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 30 İyul 2026 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















