Avtobusların istilik sistemləri mövsümə hazırdır?

14.11.2025

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Sabahdan paytaxtda istilik mövsümü başlayır və yüzlərlə müəssisəyə istilik veriləcək.

İnsanlar günün bir hissəsini avtobuslarda keçirdiyi üçün nəqliyyatda istilik mövsümünə hazırlıq işlərinin necə getdiyi də maraq doğurur.

Avtobuslarda istiliyin verilməsi üzrə hazırlıq işləri yekunlaşıbmı?

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, müəyyən müddətdir hazırlıq işləri başalayıb:

“AYNA tərəfindən daşıyıcılara əvvəlcədən payız-qış mövsümü ilə əlaqədar hazırlıq işlərinin görülməsi barədə məktub göndərilib və avtobuslarda istilik sistemlərinin saz vəziyyətə gətirilməsi tapşırılıb. Hava şəraitinə uyğun olaraq, avtobusların salonunda  temperatur rejimi tənzimlənəcək”. 

O qeyd edib ki, vətəndaşlara keyfiyyətli xidmət təqdim etmək üçün göstərişlər verilib:

“İctimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin keyfiyyət baxımından yüksək standartlara çatdırılması daim diqqət mərkəzindədir. 
Daşıyıcılara sərnişindaşıma tələblərinə cavab verməyən, o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi barədə tapşırıqlar verilib”.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью