Avtobusların istilik sistemləri mövsümə hazırdır?
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Sabahdan paytaxtda istilik mövsümü başlayır və yüzlərlə müəssisəyə istilik veriləcək.
İnsanlar günün bir hissəsini avtobuslarda keçirdiyi üçün nəqliyyatda istilik mövsümünə hazırlıq işlərinin necə getdiyi də maraq doğurur.
Avtobuslarda istiliyin verilməsi üzrə hazırlıq işləri yekunlaşıbmı?
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, müəyyən müddətdir hazırlıq işləri başalayıb:
“AYNA tərəfindən daşıyıcılara əvvəlcədən payız-qış mövsümü ilə əlaqədar hazırlıq işlərinin görülməsi barədə məktub göndərilib və avtobuslarda istilik sistemlərinin saz vəziyyətə gətirilməsi tapşırılıb. Hava şəraitinə uyğun olaraq, avtobusların salonunda temperatur rejimi tənzimlənəcək”.
O qeyd edib ki, vətəndaşlara keyfiyyətli xidmət təqdim etmək üçün göstərişlər verilib:
“İctimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin keyfiyyət baxımından yüksək standartlara çatdırılması daim diqqət mərkəzindədir.
Daşıyıcılara sərnişindaşıma tələblərinə cavab verməyən, o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi barədə tapşırıqlar verilib”.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 14 Noyabr 2025 22:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















