Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Son vaxtlar avtomobil bazarında təkliflərin strukturu dəyişib.
Bazara elektriklə işləyən, hibrid avtomobillər daxil olub. Bununla yanaşı, Azərbaycan avtomobil bazarına Çin avtomobillərinin də axını sürət
Bu durum avtomobil almaq istəyənləri çətin seçim qarşısında qoyur.
Maraqlıdır, müasir təklifləri nəzərə alaraq, avtomobil seçərkən nələrə diqqət etmək lazımdır? Hansı avtomobil daha səmərəli ola bilər?
Avtomobili təyinatına görə seçmirik Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının direktoru Eyyub Əliyev “Kaspi” qəzetinə açıqlamasında bildirir ki, Azərbaycanda avtomobil seçiminə fərqli aspektdən yanaşılır.
Avtomobili əsasən, təyinatına görə deyil, xarici görünüşünə görə seçirik: “Məsələn, böyük maşın alırıq, onu daha çox şəhərdaxili sürürük.
Sonra tıxacdan narazılıq edir, dayanacaqda yer tapa bilməməyə görə deyinirik. Yaxud “benzini çox içir” deyirik.
Əslində isə avtomobili təyinatına görə almalıyıq. Şəhərdaxili gündəlik istifadə etmək istəyən alıcı əgər şarj etmək imkanı varsa, elektrik m