Icma.az
close
up
RU
Avtomobil bazarında son vəziyyət: Bunlara diqqət edin

Avtomobil bazarında son vəziyyət: Bunlara diqqət edin

Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son vaxtlar avtomobil bazarında təkliflərin strukturu dəyişib. Bazara elektriklə işləyən, hibrid avtomobillər daxil olub. Bununla yanaşı, Azərbaycan avtomobil bazarına Çin avtomobillərinin də axını sürətlənib. Bu durum avtomobil almaq istəyənləri çətin seçim qarşısında qoyur. Maraqlıdır, müasir təklifləri nəzərə alaraq, avtomobil seçərkən nələrə diqqət etmək lazımdır? Hansı avtomobil daha səmərəli ola bilər?

Avtomobili təyinatına görə seçmirik

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının direktoru Eyyub Əliyev “Kaspi” qəzetinə açıqlamasında bildirir ki, Azərbaycanda avtomobil seçiminə fərqli aspektdən yanaşılır. Avtomobili əsasən, təyinatına görə deyil, xarici görünüşünə görə seçirik: “Məsələn, böyük maşın alırıq, onu daha çox şəhərdaxili sürürük. Sonra tıxacdan narazılıq edir, dayanacaqda yer tapa bilməməyə görə deyinirik. Yaxud “benzini çox içir” deyirik. Əslində isə avtomobili təyinatına görə almalıyıq. Şəhərdaxili gündəlik istifadə etmək istəyən alıcı əgər şarj etmək imkanı varsa, elektrik mühərrikli avtomobili rahatlıqla ala bilər. Yaxud, gün ərzində avtomobildən çox istifadə edən, amma hər dəfə şarj etməyə vaxtı olmayan sürücü əgər sərfəli avtomobil istəyirsə, hibrid əldə edə bilər”.

Əsas interyer, eksteryer deyil

Mütəxəssis vurğulayır ki, avtomobil seçərkən diqqət etməli olduğumuz əsas məqamlar interyer, eksteryer deyil, digər nüanslardır: “Əvvəlcə baxmalıyıq ki, bunun ehtiyat hissələri varmı, servis xidməti hansı səviyyədədir və ən əsası - avtomobili kimdən alırıq? Təəssüflər olsun ki, son zamanlar vətəndaşlar əksər hallarda fərdi şəxslərin gətirdiyi avtomobilləri almağa meyilləniblər. Qiymətə aldanırlar, nə zəmanət əldə edirlər, nə də servis xidməti. Sadəcə, avtomobili rəsmi salondan 3-4 min manat ucuz başa gəldiyi üçün alır, amma çox vaxt uduzurlar. Biz mütləq şəkildə avtomobilə olan yanaşmamızı dəyişməliyik. Məsələn, şəhərdə baxırıq ki, gənc xanımlar kifayət qədər böyük, 4-5 mühərrik həcmi olan avtomobillər sürürlər. Əgər avtomobildən ancaq şəhərdə istifadə edirsənsə, ailə tərkibi də geniş deyilsə, yaxud ailədə ikinci maşındırsa, 1,5-2 mühərrik həcmi kifayət edir. Ona görə də təyinatı üzrə istifadəsinə görə seçməliyik. “Biz nə istəyirik, bizə nə lazımdır” sualına cavab tapdıqdan sonra seçim etməliyik”.

Bazarı zəbt edən Çin avtomobillərinə gəldikdə isə, E. Əliyev bildirir ki, hazırda Azərbaycanda 25-26 növdə rəsmi Çin avtomobil brendləri var: “Qeyri-rəsmilər də az deyil. Bu tendensiya ən azı yaxın 2-3 il də belə davam edəcək”.

20 min manata elektriklə işləyən avtomobil ala bilərik?

Qiymətlərə gəldikdə isə, mütəxəssis vurğulayır ki, hazırda bazarda hər büdcəyə uyğun elektriklə işləyən və hibrid avtomobillər mövcuddur: “Elektriklə işləyən avtomobillər dəbə düşməyə başlayanda bizə daha çox yüksək qiymətli, bahalı avtomobillər gətirilirdi. Dövlətin bu sahədə tətbiq etdiyi güzəştlər, xüsusilə gömrük rüsumu və ƏDV-nin ləğvindən sonra qiymətlər də, bu avtomobillərə olan ümumi baxış da dəyişdi. Rəsmi dilerlər tərəfindən ölkəyə qiymətləri 20 min manatdan 100-200 min manata qədər dəyişən elektrik mühərrikli avtomobillər gətirilməyə başlanıldı. Hazırda alıcılar 20-21 min manatdan başlayan qiymətlərlə elektriklə işləyən avtomobilləri ala bilərlər. Sözsüz ki, büdcə qalxdıqca avtomobilin şarj tutumu, məsafə qət etməsi, komfort parametrləri də dəyişir”.

Bazarda uyğun qiymətə yetərincə seçim var

Hibridlərə gəlincə, yeni hibrid avtomobillərin qiymətləri elektriklə işləyənlərdən bir az bahadır: “Amma yeni avtomobil istədikdə, bu gün bazarda, yerli istehsalı da əlavə etsək, 22-23 min manatdan başlayan qiymətlərlə avtomobil almaq mümkündür. Əlbəttə ki, burada seqment fərqinə görə qiymətlər dəyişir. Bazarda təkliflər çoxdur, 23-33 min manat arası kifayət qədər avtomobil var. Hazırda bu qiymətlərə olan avtomobillərə tələbat çoxdur. Çünki taksilərlə bağlı yeni qaydalar, utilizasiya bu maşınlara tələbatı artırıb. Bu amilləri nəzərə alsaq, yetərincə seçimlər var”.

Avropa brendlərinin satışı demək olar ki, dayanıb

Nəqliyyat eksperti Yasin Mustafayev deyir ki, hazırda Çin avtomobilləri Avropa brendlərindən beş dəfə ucuzdur: “Müasir dövrdə bütün dünyada elektrikli və hibrid avtomobillərə üstünlük verilir. Çünki həm sərfəlidir, həm də qiyməti münasibdir, eyni zamanda qənaətcildir. Hazırda Çin istehsalı olan avtomobillərə daha çox tələbat var. Avropa brendlərinin elektrik və hibrid avtomobilləri həddindən çox bahadır. Digər daxili yanma mühərrikli avtomobillərin satışı demək olar ki, tamamilə dayanıb”.

Mütəxəssislər deyir ki, avtomobil seçərkən aşağıdakı amillər nəzərə alınmalıdır:

- Əgər siz şəhər içində və ya qısa məsafələr üçün avtomobil axtarırsınızsa, elektriklə işləyən və ya hibrid avtomobillər sərfəli ola bilər. Uzaq məsafələr üçün isə hibridlər və ənənəvi yanacaqla işləyən avtomobillər daha praktikdir.

- Texniki xidmət və ehtiyat hissələrinə gəldikdə isə, ənənəvi və Çin avtomobilləri üçün texniki xidmət məntəqələri daha genişdir. Elektrikli avtomobillər üçün isə xüsusi şarj məntəqələri və təmir mərkəzləri lazım ola bilər. Çin avtomobilləri və hibrid modellər ənənəvi avtomobillərdən daha qənaətcildir, lakin ilkin olaraq daha bahalı ola bilər. Elektrikli avtomobillər isə uzunmüddətli investisiya baxımından qənaətli ola bilər, amma ilkin qiymət yüksəkdir. Əgər siz ekoloji təmizliyə və yanacaq qənaətinə üstünlük verirsinizsə, hibrid və ya elektriklə işləyən avtomobil yaxşı seçimdir.

("Kaspi" qəzeti)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 23 Noyabr 2024 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri