Avtomobil su kanalına düşdü, iki nəfər öldü

18.08.2026

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Tovuz rayonu, Xatınlı kəndi ərazisində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
“Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ” markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi və avtomobilin idatrəetməni itirərək su kanalına düşdüyü müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Həziyev Səid Sakit oğlunun meyiti və qəza nəticəsndə su kanalına düşən vətəndaş, 1987-ci il təvəllüdlü Musayev Arzu Şahmar oğlunun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır”, - məlumatda deyilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью