Avtomobil su kanalına düşdü, iki nəfər öldü
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tovuz rayonu, Xatınlı kəndi ərazisində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
“Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ” markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi və avtomobilin idatrəetməni itirərək su kanalına düşdüyü müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Həziyev Səid Sakit oğlunun meyiti və qəza nəticəsndə su kanalına düşən vətəndaş, 1987-ci il təvəllüdlü Musayev Arzu Şahmar oğlunun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır”, - məlumatda deyilir.
Bu mövzuda digər xəbərlər:Kürdəmirdə avtomobil su kanalına düşdü İki fermer öldü FOTO
20 Fevral 2025 20:05
Göygöldə avtomobil su kanalına düşdü
06 İyun 2025 16:29
Ermənistanda avtomobil su kanalına düşdü
25 Avqust 2025 11:05
Saatlıda avtomobil su kanalına DÜŞDÜ
19 Avqust 2025 13:17
Xaçmazda avtomobil çaya düşdü, iki nəfər öldü
06 Noyabr 2024 01:28
Baxış sayı:143
Bu xəbər 18 Avqust 2026 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















