Avtomobil süpürgəçini vurub öldürdü

06.11.2024

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində 32 yaşlı O.İbrahimov idarə etdiyi "Volkswagen" markalı avtomobillə piyada E.İrzayevanı vurub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov "oxu.az"a bildirib.

O qeyd edib ki, qəza noyabrın 6-da, saat 09:25-də baş verib:

"Zərərçəkən aldığı bədən xəsarətləri nəticəsində ölüb. Yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi polis orqanında cinayət işi başlanılıb, istintaq tədbirləri aparılır".

Hadisə şahidlərinin sözlərinə görə, vəfat edən şəxs ərazini süpürən təmizlik işçisi olub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью