Avtomobil süpürgəçini vurub öldürdü
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində 32 yaşlı O.İbrahimov idarə etdiyi "Volkswagen" markalı avtomobillə piyada E.İrzayevanı vurub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov "oxu.az"a bildirib.
O qeyd edib ki, qəza noyabrın 6-da, saat 09:25-də baş verib:
"Zərərçəkən aldığı bədən xəsarətləri nəticəsində ölüb. Yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi polis orqanında cinayət işi başlanılıb, istintaq tədbirləri aparılır".
Hadisə şahidlərinin sözlərinə görə, vəfat edən şəxs ərazini süpürən təmizlik işçisi olub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:60
Bu xəbər 06 Noyabr 2024 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















