Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ötən ilin aprelində güclü yağışlar nəticəsində sel Şabran rayonunda Dəvəçi çayı üzərindəki körpünü uçurmuşdu.
Ceyranlı-Vələsli-Əmirxanlı yolunun üzərində yerləşən və bu kəndləri rayonun mərkəzi ilə birləşdirən bu körpü təxminən 9 ay əvvəl necə uçubsa, bu gün də həmin vəziyyətdədir.Bu barədə Bizimyol.info xəbər portalına məlumat verən kənd sakinləri bildirib ki, ötən 9 ay ərzində çayın üzərində yeni körpünün tikintisi üçün heç bir iş görülməyib.
Bu isə hər gün çayın üzərindəki cığırla hərəkət etmək məcburiyyətində qalan minlərlə insanın həyatını təhlükə altında qoymaq deməkdir.Sakinlər bildirir ki, sözügedən ərazidə qətiyyən işıqlandırma yoxdur.
Əraziyə bələd olmayan sürücü qarşıda yolun yarımçıq kəsildiyini bilmir.
Bu səbəbdən bir neçə dəfə qəza olub: “İndi hər iki tərəfdən nazik bir lent bağlayıblar ki, sürücülər bilsin yol qurtarır.
Əvvəl bu da yox idi. Yayda bir sürücü gəlib, çaya düşmüşdü. Nə yaxşı ki, ölüm olmamışdı. Bir cığır düzıldiblər, oradan gedir maşınlar.
O ensiz cığır da çayın üstü keçir. Yağışlı-palçıqlı, qarlı günlərdə lap təhlükəlidir. Avtomobil bir az sağa-sola sürüşsə, çaya düşəcək.