Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bir neçə kəndin sakinlərini təhlükə altında qoyub Foto
Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu barədə Bizimyol.info xəbər portalına məlumat verən kənd sakinləri bildirib ki, ötən 9 ay ərzində çayın üzərində yeni körpünün tikintisi üçün heç bir iş görülməyib. Bu isə hər gün çayın üzərindəki cığırla hərəkət etmək məcburiyyətində qalan minlərlə insanın həyatını təhlükə altında qoymaq deməkdir.
Sakinlər bildirir ki, sözügedən ərazidə qətiyyən işıqlandırma yoxdur. Əraziyə bələd olmayan sürücü qarşıda yolun yarımçıq kəsildiyini bilmir. Bu səbəbdən bir neçə dəfə qəza olub: “İndi hər iki tərəfdən nazik bir lent bağlayıblar ki, sürücülər bilsin yol qurtarır. Əvvəl bu da yox idi. Yayda bir sürücü gəlib, çaya düşmüşdü. Nə yaxşı ki, ölüm olmamışdı. Bir cığır düzıldiblər, oradan gedir maşınlar. O ensiz cığır da çayın üstü keçir. Yağışlı-palçıqlı, qarlı günlərdə lap təhlükəlidir. Avtomobil bir az sağa-sola sürüşsə, çaya düşəcək. Bu qurumların heç vecinə də deyil. Belə məsuliyyətsizlik olar?!”
Sakinlərin təqdim etdiyi görüntülərdən də aydın olur ki, hadisədən kifayət qədər vaxt keçsə də, heç bir iş görülməyib.
Ceyranlı-Vələsli-Əmirxanlı yolunun üzərində yerləşən körpü / Foto: kənd sakini
Körpünün bərpası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vəzifəsidir. Lakin göründüyü kimi, bu qurumu Şabran sakinlərinin taleyi qətiyyən maraqlandırmır.
Hələ bir neçə ay əvvəl sakinlərin müraciəti əsasında Bizimyol.info AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfliyə bu məsələ ilə əlaqədar sorğu göndərmiş, o, heç bir cavab verməmişdi.
Şabran Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sözügedən problemin həlli üçün AAYDA-ya məktub göndərilib. İcra Hakimiyyətindən onu da vurğulayıblar ki, kəndlərdə yaşayan əhalinin gediş-gəlişi üçün alternativ cığırı da öz imkanları hesabına icra hakimiyyəti düzəldib.
Qeyd edək ki, məhz belə məsuliyyətsizlik bir müddət Sabirabad rayonunun Sərxanbəyli kəndində bir nəfərin ölümünə səbəb oldu. Kənddə körpünün uçması nəticəsində pambıqyığan kombayn kanala aşmış və 37 yaşlı sürücü hadisə yerində ölmüşdü.
Bu körpünün qəzalı vəziyyətdə olması ilə əlaqədar hələ iki il əvvəl həyəcan təbili çalınmışdı. Sosial şəbəkələrdə körpünün görüntüləri yayılaraq, onun hər an uça biləcəyi, insanların ölümünə səbəb olacağı haqda xəbərdarlıq olunmuşdu. Lakin məmurların insan taleyinə biganə münasibəti sonda 37 yaşlı ailə başçısının ölümünə gətirib çıxardı.
Aytən, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 21 Yanvar 2026 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















