Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Özbəkistanda azyaşlı uşaqların daşınması zamanı ciddi təhlükəsizlik qaydalarının pozulması aşkarlanıb.
Avtosfer.az xəbər verir ki, Fərqanə vilayətinin Daşloq rayonunda “Damas” markalı avtomobilə məktəbəqədər yaşda olan 28 uşaq mindirilib.
Yol hərəkəti təhlükəsizliyi üzrə aparılan yoxlama zamanı məlum olub ki, uşaqlar tutumu bu qədər sərnişinin daşınmasına imkan verməyən avtomobildə təhlükəsizlik qaydalarına əməl olunmadan daşınıb. Daha təhlükəlisi isə uşaqlardan 5-nin sürücünün yanında, ön oturacaqda yerləşdirilməsi olub.
Hadisə ilə bağlı avtomobilin sürücüsü barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Onun barəsində inzibati protokol tərtib olunub və cərimə balları tətbiq edilib.
Eltac Zülfüqaroğlu