Avtomobilə 28 uşaq mindirdi, polis sürücünü cərimələdi ŞOK HADİSƏ VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Özbəkistanda azyaşlı uşaqların daşınması zamanı ciddi təhlükəsizlik qaydalarının pozulması aşkarlanıb.
Avtosfer.az xəbər verir ki, Fərqanə vilayətinin Daşloq rayonunda “Damas” markalı avtomobilə məktəbəqədər yaşda olan 28 uşaq mindirilib.
Yol hərəkəti təhlükəsizliyi üzrə aparılan yoxlama zamanı məlum olub ki, uşaqlar tutumu bu qədər sərnişinin daşınmasına imkan verməyən avtomobildə təhlükəsizlik qaydalarına əməl olunmadan daşınıb. Daha təhlükəlisi isə uşaqlardan 5-nin sürücünün yanında, ön oturacaqda yerləşdirilməsi olub.
Hadisə ilə bağlı avtomobilin sürücüsü barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Onun barəsində inzibati protokol tərtib olunub və cərimə balları tətbiq edilib.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 10 Avqust 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















