Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Bizdə problem budur ki, aidiyyəti qurumlar avtomobillərdə baş verən yanğınların səbəblərini açıqlamır. Ən vacib məqam yanğının nədən baş verməsidir. Nəqliyyat vasitələrində yanğın meydana gətirən səbəblər çox ola bilər”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Raqif Raufoğlu deyib. O bildirib ki, yanğın riski doğuran bir neçə önəmli faktor var:
“Adətən maşınların elektrik sistemlərində görülən işlərdən sonra ani usta səhlənkarlığından belə hadisələrin baş vermə riski ortaya çıxır. Amma yanğının baş vermə səbəbini üzə çıxaran yoxdur. Bu hər hansı bir keyfiyyətsiz, saxta, standartlara cavab verməyən detaldan da ola bilər. Bütün bunların hamısı səbəbdir, amma çox təəssüf ki, biz onları heç vaxt anlamırıq. Məsələn, elektromobillərin fərqli, sükanı sağdan-sola keçirilən maşınların isə tamam fərqli riskləri ola bilər. “Perekitka” deyilən bu cür maşınlarda sükanın sağdan-sola keçirilməsi zamanı böyük bir iş görülür. Həmin avtomobillərdə risk böyükdür, çünki naqillərdə yerdəyişmə olur. Zavodun gördüyü işə müdaxilə edilir. Bütün bunların hamısı səbəbdir”. Toyuqlu pizza
Ekspert əlavə edib ki, yanğınlar hər hansı standarta uyğun gəlməyən, keyfiyyətsiz detaldan baş veribsə, onun Azərbaycan satışı ilə bağlı tədbir görülməlidir:
“Bəzən isə adicə standarta cavab verməyən lampadan, siqnal qurğusundan da yanğın meydana gələ bilər. Naqillər zaman keçdikcə cürüyür, köhnəlir və təhlükə yaratmağa başlayır. Bu cür naqillərdə qısqapanmalar baş verə bilir. Yəni çox səbəblər var. Amma yaxşı olardı ki, bizim əlimizdə dəqiq statistikalar olardı. Aidiyyəti qurumlar açıqlayardı ki, bu qədər hadisə bu kimi şeylərdən baş verib. Yaxud yanğınlar hər hansı standarta uyğun gəlməyən, keyfiyyətsiz detaldan baş veribsə, onun Azərbaycan satışı ilə bağlı tədbir görülməlidir. Bunlar hamısı səbəblərdir”.
Qeyd edək ki, dünən paytaxtın Xətai rayonu, Babək prospektində avtomobildə yanğın baş verib. Yanğınsöndürənlər tərəfindən “KİA” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.