Icma.az
close
up
RU
Avtomobillərdə baş verən yanğınların səbəbi bəlli oldu

Avtomobillərdə baş verən yanğınların səbəbi bəlli oldu

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bizdə problem budur ki, aidiyyəti qurumlar avtomobillərdə baş verən yanğınların səbəblərini açıqlamır. Ən vacib məqam yanğının nədən baş verməsidir. Nəqliyyat vasitələrində yanğın meydana gətirən səbəblər çox ola bilər”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Raqif Raufoğlu deyib. O bildirib ki, yanğın riski doğuran bir neçə önəmli faktor var:

“Adətən  maşınların elektrik sistemlərində görülən işlərdən sonra ani usta səhlənkarlığından belə hadisələrin baş vermə riski ortaya çıxır. Amma yanğının baş vermə səbəbini üzə çıxaran yoxdur. Bu hər hansı bir keyfiyyətsiz, saxta, standartlara cavab verməyən detaldan da ola bilər. Bütün bunların hamısı səbəbdir, amma çox təəssüf ki, biz onları heç vaxt anlamırıq. Məsələn, elektromobillərin fərqli, sükanı sağdan-sola keçirilən maşınların isə tamam fərqli riskləri ola bilər. “Perekitka” deyilən bu cür maşınlarda sükanın sağdan-sola keçirilməsi zamanı böyük bir iş görülür. Həmin avtomobillərdə risk böyükdür, çünki naqillərdə yerdəyişmə olur. Zavodun gördüyü işə müdaxilə edilir. Bütün bunların hamısı səbəbdir”. Toyuqlu pizza

Ekspert əlavə edib ki, yanğınlar hər hansı standarta uyğun gəlməyən, keyfiyyətsiz detaldan baş veribsə, onun Azərbaycan satışı ilə bağlı tədbir görülməlidir:

“Bəzən isə adicə standarta cavab verməyən lampadan, siqnal qurğusundan da yanğın meydana gələ bilər. Naqillər zaman keçdikcə cürüyür, köhnəlir və təhlükə yaratmağa başlayır. Bu cür naqillərdə qısqapanmalar baş verə bilir. Yəni çox səbəblər var. Amma yaxşı olardı ki, bizim əlimizdə dəqiq statistikalar olardı. Aidiyyəti qurumlar açıqlayardı ki, bu qədər hadisə bu kimi şeylərdən baş verib. Yaxud yanğınlar hər hansı standarta uyğun gəlməyən, keyfiyyətsiz detaldan baş veribsə, onun Azərbaycan satışı ilə bağlı tədbir görülməlidir. Bunlar hamısı səbəblərdir”.

Qeyd edək ki, dünən paytaxtın Xətai rayonu, Babək prospektində avtomobildə yanğın baş verib. Yanğınsöndürənlər tərəfindən “KİA” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 Sentyabr 2026 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see355

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see300

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see287

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see262

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see261

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see259

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see256

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see250

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see250

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see242

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see236

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see234

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see216

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see211

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see207

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see207

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see203

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see201

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see195

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri