Avtomobillərin utilizasiyası ekoloji və iqtisadi faktor kimi | Icma.az
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır. Azərbaycanda artıq avtomobillərin utilizasiyası ilə bağlı əməli fəaliyyət başlayıb.
Bugünədək yüzə yaxın nəqliyyat vasitəsi utilizasiya edilərək təkrar emala yararlı məhsul vəziyyətinə gətirilib. Proses davam edir.
İctimai rəydə belə bir fikir formalaşıb ki, bu yolla ölkə köhnə avtomobillərdən təmizlənəcək.
Yanaşma doğru olsa da, utilizasiyanın yeganə faydası istismara yaramayan maşınların yoldan kənarlaşdırılması deyil.
Xarici təcrübəyə nəzər salsaq işin daha mürəkkəb və əhatəli olduğu üzə çıxar.
Nəqliyyat vasitələrinin utilizasiyasından danışarkən ekoloji amillərlə yanaşı iqtisadi amillər də diqqətə alınmalıdır.
Çox zaman iqtisadi amillər digər faktları üstələyir. Bunun səbəbləri də çoxdur. Utilizasiya ilk növbədə çox sayda insan üçün iş yeridir.
Təkcə bir faktı deyək ki, Almaniya, İtaliya və Fransada bu sektorda birlikdə 50 mindən çox insan işlə təmin olunub.
Tam oxu
Xəbəri oxu