Icma.az
close
up
RU
Avtomobillərin utilizasiyası ekoloji və iqtisadi faktor kimi

Avtomobillərin utilizasiyası ekoloji və iqtisadi faktor kimi

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Azərbaycanda artıq avtomobillərin utilizasiyası ilə bağlı əməli fəaliyyət başlayıb. Bugünədək yüzə yaxın nəqliyyat vasitəsi utilizasiya edilərək təkrar emala yararlı məhsul vəziyyətinə gətirilib. Proses davam edir.  İctimai rəydə belə bir fikir formalaşıb ki, bu yolla ölkə köhnə avtomobillərdən təmizlənəcək. Yanaşma doğru olsa da, utilizasiyanın yeganə faydası istismara yaramayan maşınların yoldan kənarlaşdırılması deyil. Xarici təcrübəyə nəzər salsaq işin daha mürəkkəb və əhatəli olduğu üzə çıxar. 


Nəqliyyat vasitələrinin utilizasiyasından danışarkən ekoloji amillərlə yanaşı iqtisadi amillər də diqqətə alınmalıdır. Çox zaman iqtisadi amillər digər faktları üstələyir. Bunun səbəbləri də çoxdur.


Utilizasiya ilk növbədə çox sayda insan üçün iş yeridir. Təkcə bir faktı deyək ki, Almaniya, İtaliya və Fransada bu sektorda birlikdə 50 mindən çox insan işlə təmin olunub. Təbii ki, Azərbaycanda əhali və avtomobil sayı az olduğundann bu sektorda iş yerinin sayı da nisbətən az olacaq. Lakin proses davamlı olduğu üçün yaradılan bütün iş yerləri daimi əsaslı olacaq. Bu da utilizasiyanın sosial xarakterini ortaya qoyur. 
Utilizasiya həm də insanların illərdir atılıb qalmış avtomobilləri təhvil verməsinə maraq yaradır ki, bu da dövriyyəyə əlavə vəsaitin daxil olması deməkdir. Bu vəsait hansı istiqamətində xərclənməsindən asılı olmayaraq iqtisadi canlanma yaradır. Təəssüf ki, burada statistika aparmaq mümkün deyil. 
Nəqliyyat vasitələrinin utilizasiyası dövriyyəyə böyük həcmdə əlvan və qara metalın daxil olması deməkdir. Bu da son nəticədə həm təbii resurslardan istifadənin, həm də idxaldan asılılığın azalmasına səbəb olur. Bunu Azərbaycanla çox isti münasibətləri olan Belarusun timsalında görə bilərik. Təbii ehtiyatları az, metala tələbatını Rusiyanın hesabına ödəyən ölkədə 10 il əvvəl başlayan utilizasiya metal idxalını əhəmiyyətli dərəcədə azaltmağa imkan verdi. Böyük şəhərlərdə isə küçələr təmizləndiyi üçün çox sayda yeni parklama yerləri formalaşdı. Minsk və Qomelin küçələri avtomobillərin altına toplanan zibillərdən qurtuldu, narkomanlar üçün gecələmə yerləri aradan qalxdı.


Azərbaycanda utilizasiya prosesinin davamlılığı məsələsinə gəlincə: bu barədə kifayət qədər nikbin proqnoz vermək mümkündür. Həyətlərdə, hüquqi şəxslərin qarajlarında, cərimə meydançalarında minlərlə istifadəyə yararsız texnika emal prosesini gösləyir. Tam əminliklə demək olar ki, yaxın 10 ildə bu sahədə qıtlıq yaranmayacaq. Sonrakı dövrdə isə proses sabit templə davam edəcək. 


Yaxın bir neçə ildə isə elektromobillərin utilizasiyası məsələsi aktuallaşacaq. Bu isə daha çətin və məsuliyyətli işdir. Prosesə hazırlaşmağın vaxtı artıq çatıb.

Vüqar Yaşaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 Dekabr 2024 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri