Avtomobillərin utilizasiyası ilə bağlı ŞAD XƏBƏR | Icma.az
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator olan "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti tərəfindən növbəti utilizator - "Fast Track" MMC şirkəti reyestrdə qeydiyyata alınıb.
Yeni utilizatora qeydiyyata alınması barədə müvafiq sənəd təqdim olunub və bununla da ölkə üzrə utilizatorların sayı üçə çatıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, şirkət utilizator fəaliyyətini Abşeron rayonunda həyata keçirəcək ki, bu da nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasında vətəndaşlar üçün əlçatanlığı artıracaq.
Vətəndaşlar artıq Bakı və Gəncə ilə yanaşı, Abşeron rayonunda da nəqliyyat vasitələrini yeni utilizasiya məntəqəsinə təhvil verə biləcəklər.
Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında aparılır və məcburi xarakter daşımır.
Həmçinin utilizator kimi fəaliyyət göstərmək niyyətində olan sahibkarlar da bu barədə müstəqil olaraq özləri qərar verirlər.
Belə ki, müvafiq maddi-texniki imkanlara malik olan sahibkarlar əvvəlcə "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinə müraciət edir və zəruri tələblərə cavab verməsi müəyyənləşdirildikdən sonra reyestrdə qeydiyyata alınır.
Tam oxu
Xəbəri oxu