Icma.az
close
up
RU
Avtomobillərin utilizasiyası ilə bağlı ŞAD XƏBƏR

Avtomobillərin utilizasiyası ilə bağlı ŞAD XƏBƏR

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator olan "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti tərəfindən növbəti utilizator - "Fast Track" MMC şirkəti reyestrdə qeydiyyata alınıb. Yeni utilizatora qeydiyyata alınması barədə müvafiq sənəd təqdim olunub və bununla da ölkə üzrə utilizatorların sayı üçə çatıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, şirkət utilizator fəaliyyətini Abşeron rayonunda həyata keçirəcək ki, bu da nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasında vətəndaşlar üçün əlçatanlığı artıracaq. Vətəndaşlar artıq Bakı və Gəncə ilə yanaşı, Abşeron rayonunda da nəqliyyat vasitələrini yeni utilizasiya məntəqəsinə təhvil verə biləcəklər.

Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında aparılır və məcburi xarakter daşımır. Həmçinin utilizator kimi fəaliyyət göstərmək niyyətində olan sahibkarlar da bu barədə müstəqil olaraq özləri qərar verirlər. Belə ki, müvafiq maddi-texniki imkanlara malik olan sahibkarlar əvvəlcə "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinə müraciət edir və zəruri tələblərə cavab verməsi müəyyənləşdirildikdən sonra reyestrdə qeydiyyata alınır.

Nəqliyyat vasitəsini utilizasiyaya təqdim etmək istəyən vətəndaşlar nəzərə almalıdırlar ki, əvvəlcə nəqliyyat vasitəsi "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Daha sonra zəruri məlumatlar istifadəyə verilmiş www.nvu.gov.az portalına daxil edilərək, müəyyən olunmuş vaxtda nəqliyyat vasitəsi vətəndaşın seçdiyi utilizatora təhvil verilməlidir.

"Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq həyata keçirilən prosesdə ötən ilin oktyabr ayından bu günədək 7860 nəqliyyat vasitəsi utilizasiyaya verilib, köhnəlmiş və ya yararsız nəqliyyat vasitələrini təhvil verən ərizəçilərin bank hesabına 544 min manatdan çox birdəfəlik ödəniş köçürülüb, həmçinin 374 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://baku.ws
archiveBu xəbər 22 İyul 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri