Avtoqəza nəticəsində sıradan çıxan yerüstü keçid bərpa olunub

27.05.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Cəlilabad rayonunda ötən il avtoqəza nəticəsində sıradan çıxan yerüstü piyada keçidi bərpa olunub.

Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, yerüstü keçid Heydər Əliyev prospektində yerləşir.

Qeyd edək ki, sözügedən keçid 17 noyabr 2024-cü il tarixdə iritonnajlı yük nəqliyyat vasitəsi tərəfindən dağıdılıb. Piyada keçidinin altından sürətli keçmək istəyən nəqliyyat vasitəsi keçidin hündürlüyünə toxunub və keçid aşaraq hissələrə bölünüb.

Əlavə edək ki, yerüstü keçid yaxınlıqda yerləşən 3 nömrəli məktəbin heyətinin, həmçinin rayon sakinlərinin yolun qarşı və əks tərəfinə rahat keçməsi məqsədilə tikilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью