Avtoqəza nəticəsində sıradan çıxan yerüstü keçid bərpa olunub
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Cəlilabad rayonunda ötən il avtoqəza nəticəsində sıradan çıxan yerüstü piyada keçidi bərpa olunub.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, yerüstü keçid Heydər Əliyev prospektində yerləşir.
Qeyd edək ki, sözügedən keçid 17 noyabr 2024-cü il tarixdə iritonnajlı yük nəqliyyat vasitəsi tərəfindən dağıdılıb. Piyada keçidinin altından sürətli keçmək istəyən nəqliyyat vasitəsi keçidin hündürlüyünə toxunub və keçid aşaraq hissələrə bölünüb.
Əlavə edək ki, yerüstü keçid yaxınlıqda yerləşən 3 nömrəli məktəbin heyətinin, həmçinin rayon sakinlərinin yolun qarşı və əks tərəfinə rahat keçməsi məqsədilə tikilib.
Baxış sayı:111
Bu xəbər 27 May 2025 23:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















