Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq. Paytaxtda fəaliyyət göstərən avtomobil təmiri servislərindən biri ilə bağlı sürücünün şik
Avtosfer.az xəbər verir ki, son zamanlar servislərlə bağlı şikayətlər çoxalmağa davam edir.
Artıq belə problemlər adi hal alsa da, sürücülər bununla bağlı hər hansı bir tədbir görülməyini tələb edirlər.
Vətəndaş şikayətində qeyd edib ki, “Masterbox” adlı avtomobil servisində maşının mühərriki yenidən qurularkən bir sıra problemlər yaşayıb.
Onun sözlərinə görə, təmir zamanı radiator və iki ventilyator avtomobildən çıxarılıb və geri qaytarılmayıb.
Servis rəhbərliyindən məsələ ilə bağlı soruşduqda isə “narkomanlar tərəfindən oğurlandığı” bildirilib.
Şikayətçi bildirir ki, nəticədə avtomobil servisdən çıxdığı gün radiator yararsız hala düşüb və mühərrikdə ciddi nasazlıq yaranıb.
O, vurulan ziyanın aradan qaldırılması üçün servisdən tələb etsə də, rəhbərlik məsuliyyəti üzərindən atıb: “Servisin səhlənkarlığı ucbatından ziyana düşdüm, amma rəhbərlik məsuliyyəti boynuna almır” – deyə sürücü qeyd edib.