Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Günəş və Ay Allahın idarəsindədir və onların hərəkətində təsadüf deyil, İlahi nizam mövcuddur.
Allaha inanan bütün müsəlmanlar Günəşin və Ayın hərəkətinin Allahın izni ilə baş verdiyinə inanırlar.
Həm keçmiş əsrlərdə inanan insanlar belə inanıb, həm də müasir elm və texnikanın inkişaf sürəti artan ortamda da yenə də Allaha inanan insanlar belə inanırlar.
Çünki, inanc üçün zaman və vaxt formulu yoxdur”. Bu sözləri Moderator.az-a açıqlamasında ilahiyytaçı Əkrəm Həsənov deyib.
İlahiyyatçı qeyd edib ki, islam dini insanı kainatda baş verən hadisələri sadəcə zahiri təbiət qanunları ilə izah etməyə deyil, onların arxasında duran İlahi hikmətləri dərk etməyə dəvət edir: “Günəş və Ay tutulmaları bu baxımdan mühüm əlamətlərdən sayılır.
Qurani-Kərimdə Allah təala belə buyurur: “Günəşi və Ayı da (sizə ram etdi).
Hər biri müəyyən bir müddətə qədər (öz orbitində) hərəkət edir...” (ər-Ra’d, 2).