Icma.az
close
up
RU
“Ay tutulması müsəlmanı qəflətdən oyadan İlahi xəbərdarlıqdır” İlahiyyatçıdan önəmli açıqlamalar

“Ay tutulması müsəlmanı qəflətdən oyadan İlahi xəbərdarlıqdır” İlahiyyatçıdan önəmli açıqlamalar

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Günəş və Ay Allahın idarəsindədir və onların hərəkətində təsadüf deyil, İlahi nizam mövcuddur. Allaha inanan bütün müsəlmanlar Günəşin və Ayın hərəkətinin Allahın izni ilə baş verdiyinə inanırlar. Həm keçmiş əsrlərdə inanan insanlar belə inanıb, həm də müasir elm və texnikanın inkişaf sürəti artan ortamda da yenə də Allaha inanan insanlar belə inanırlar. Çünki, inanc üçün zaman və vaxt formulu yoxdur”. 

Bu sözləri Moderator.az-a açıqlamasında ilahiyytaçı Əkrəm Həsənov deyib.

İlahiyyatçı qeyd edib ki, islam dini insanı kainatda baş verən hadisələri sadəcə zahiri təbiət qanunları ilə izah etməyə deyil, onların arxasında duran İlahi hikmətləri dərk etməyə dəvət edir:

 “Günəş və Ay tutulmaları bu baxımdan mühüm əlamətlərdən sayılır. Qurani-Kərimdə Allah təala belə  buyurur: “Günəşi və Ayı da (sizə ram etdi). Hər biri müəyyən bir müddətə qədər (öz orbitində) hərəkət edir...” (ər-Ra’d, 2).

Digər ayədə belə buyurulur: “Günəş özünə məxsus olan yörüngədə axıb gedir. Bu, qüdrət sahibi və bilən Allahın təqdiridir. Biz Ay üçün də mərhələlər təyin etdik...” (Yasin, 38–39)”.

İlahiyyatçı  bu məsələdə Peyğəmbərimizin mövqeyinə diqqət çəkib:

“Rəsulullah sallallahu əleyhi və səlləm dövründə Günəş tutulması baş vermiş və insanlar təlaş içində qalmışdılar. Bəziləri bunu böyük şəxslərin ölümü ilə əlaqələndirmişdi. Peyğəmbərimiz bu yanlış düşüncəni düzəldərək buyurdu: “Günəş və Ay heç kimin ölümü və ya doğumu üçün tutulmaz. Onlar Allahın ayələrindən iki ayədir. Onları gördükdə Allahı zikr edin, dua edin, namaz qılın və sədəqə verin.” (Buxari, Küsuf 1; Müslim, Küsuf 1).

Başqa bir hədisdə isə belə buyurmuşdur: “Onları gördükdə namaza durun və Allah bitirənə qədər dua edin.” (Müslim, Küsuf 2).

Bu hədislərdən aydın olur ki, Ay və Günəş tutulması müsəlmanı qəflətdən oyadan, onu Allaha yönəldən xüsusi bir hadisədir. Peyğəmbərimizin özü bu zaman xüsusi namaz – küsuf (şiələr ayət deyirlər) namazı qılmışdır.

Alimlər bu məsələdə yekdil olmuşlar ki, küsuf (ayət) namazı qılmaq vacib deyil, lakin müstəhəbdir. Yəni bu namazı qılmaqla insan savab qazanır, lakin qılmamaq günah sayılmır.

İmam Nəvəvi “Şərh Səhih Müslim” əsərində yazır: “Ümmətin icması var ki, küsuf namazı vacib deyil. Ən doğru rəy onun müstəhəb olmasıdır.”

İbn Qudamə “əl-Muğni”də qeyd edir: “Bu namaz sünnədir, çünki Peyğəmbərimiz qılmışdır. Sünnəni tərk etmək günah deyil, amma ona əməl etmək savabdır.”

Ə.Həsənov əlavə  edib ki, küsuf namazı iki rükətdir, lakin adi namazdan fərqli olaraq hər rükətdə iki qiyam və iki rüku olur:

“Yəni insan birinci dəfə qiyamda Qurandan uzun ayələr oxuyur, rükuya gedir, qalxır, yenə Qurandan oxuyur və təkrar rüku edir. Bu namazın hikməti insanın Allaha yönəlməsini uzatmaq, kainatdakı bu hadisəni dərindən təfəkkür etməkdir. İmam camaatla qıldırarsa, xütbə oxuması da müstəhəbdir.

Ay tutulması zamanı namaz qılmaq müsəlmana bir neçə mesaj verir. Birincisi təvazö – insan kainatdakı qüdrət qarşısında aciz olduğunu anlayır.

İkincisi, təfəkkür – tutulmanın səbəbi İlahi qüdrətin təcəllisi olaraq düşünülür.

Üçüncüsü, dua və istiğfar – Peyğəmbərimiz bu anlarda duanı, zikri və sədəqəni tövsiyə etmişdir.

Bu ibadət həm fərdi, həm də ictimai baxımdan müsəlmanları Allaha bağlayan bir vasitədir.

Bizim ölkəmizdə də hər il müəyyən vaxtlarda Ay və Günəş tutulur. İndi ölkəmizdə 7–8 sentyabr tarixində müşahidə olunan Ay tutulması İslam baxımından sadəcə astronomik hadisə deyil, həm də Allaha yaxınlaşmaq üçün fürsətdir. Küsuf (ayət) namazı vacib deyil, lakin müstəhəbdir. Bu namazı qılmaq, dua etmək, sədəqə vermək və Allahı zikr etməklə insan kainatdakı İlahi nizamı daha dərindən dərk etmiş olur”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Sentyabr 2025 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri