Icma.az, Milli.az portalına istinadən məlumat verir. Pritça Padişahın kefi ala buludda gəzirdi.
Ordusu qonşu dövlətin üzərində parlaq qələbə qazanmışdı. Nə qədər qənimət, var-dövlət, nə qədər əsir əldə etmişdi.
Paytaxt üç gün idi yeyib -içirdi. Deyəsən bu qonaqlıq(orta əsrlərdə qonaqlığa toy deyilirdi) bitib tükənmək bilməyəcəkdi.
Şadyanaqlığın üçüncü günü padişah baş vəziri yanına çağırdı.
Qonşu padişahın daş-qaşla bəzədilmiş, qənimət kimi saraya gətirilmiş taxtında qalib görkəmində oturmuşdu.
Baş vəzir padişaha yaxınlaşıb baş əydi: - Əmri-fərmanın, qibleyi -aləm!
Padişah müdrük görkəm alıb dilləndi: - Vəzir, bu xalq ki var, qəhrəman xalqdır.
Qəvi düşmənin çənəsini necə sındırdısa, düşmən uzun illər özünə gələ bilməz. Bu xalq hər cürə mükafata layiqdir. O vəzirinə diqqətlə baxdı.