Icma.az
close
up
RU
Ay yandım, kömək edin! YUNUS OĞUZ yazır

Ay yandım, kömək edin! YUNUS OĞUZ yazır

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Pritça

Padişahın kefi ala buludda gəzirdi. Ordusu qonşu dövlətin üzərində parlaq qələbə qazanmışdı. Nə qədər qənimət, var-dövlət, nə qədər əsir əldə etmişdi. Paytaxt üç gün idi yeyib -içirdi. Deyəsən bu qonaqlıq(orta əsrlərdə qonaqlığa toy deyilirdi)  bitib tükənmək bilməyəcəkdi. Şadyanaqlığın üçüncü günü padişah baş  vəziri yanına çağırdı. Qonşu padişahın daş-qaşla bəzədilmiş, qənimət kimi saraya gətirilmiş taxtında qalib görkəmində oturmuşdu.
Baş vəzir padişaha yaxınlaşıb baş əydi:
- Əmri-fərmanın, qibleyi -aləm!
Padişah  müdrük görkəm alıb dilləndi:
- Vəzir, bu xalq ki var, qəhrəman xalqdır. Qəvi düşmənin çənəsini necə sındırdısa, düşmən uzun illər özünə gələ bilməz. Bu xalq hər cürə mükafata  layiqdir. O vəzirinə diqqətlə  baxdı.
- Baş vəzir onun sözlərini təsdiqlədi:
- Düz buyurursunuz, qibleyi-aləm! Bu xalqla fəxr etmək olar, hər padişahın rəiyyəti olduğu kimi, hər rəiyyətin də padişahı olmalıdır.
Bu rəiyyət xoşbəxt rəiyyətdir ki, sizin kimi müdrik, uzaqgörən, ağıllı padişahı var.
Padişah onun sözlərindən məmnun qalaraq taxta yayxanıb dedi:
- Bilirsən vəzir, istəyirəm paytaxtda dövlətin hesabına Tənbəllər evi tikdirim.Qoy tənbəllər, işsizlər, sərgərdanlar gəlib o evdə qalsın, orada yatsın, yeyib-içsin. Necə baxırsan bu əmələ, hə?
​Yazıq vəzir padişahın sözünün üstünə sözmü deyəcəkdi? Odur ki, cavab verdi:
- Əla fikirdir, qibleyi-aləm! Qoy rəiyyət kef eləsin.
Padişah  cavabdan məmnun qalaraq dedi:
- Elə isə sabahdan bu təklifi həyata keçirt,  şadyanalığı saxlayıb, ona xərclənən vəsaiti Tənbəllər evinə yönəldək. Qoy davullar çalınsın, fərmanım  hər yerə çatdırılsın.
​Elə də olur. Bu hadisənin üstündən bir il ötür. Bir gün baş vəzir başılovlu özünü padişahın yanına çatdırır. O vəzirini həyəcan, təşviş içində görüb, başa düşür ki, nəsə ciddi bir  hadisə baş verib. Dərhal soruşur:
- Nə baş verib, vəzir, yoxsa torpaqlarımıza düşmən soxulub?
O padişaha baş əyir:
- Yox, qibleyi-aləm, düşmən nəkarədir ki, torpaqlarımıza soxulsun? Dərdimiz Tənbəllər evinin dərdidir...
- Orda nə olub?  - Vəzirin sözünü yarımçıq kəsdi.
- Qibleyi - aləm, məsələ ondadır ki, səltənətdə işləyən adam qalmayıb, hamı Tənbəllər evinə axışır. Başımı lap itirmişəm. Neyləyək, nə əmrin var?
Padişah ayağa  durub   sarayın döşəməsinə sərilən xalçanın üstündə fikirli-fikirli xeyli gəzişdi. Yaranan müşküldən (problemdən) çıxış yolu axtarmağa başladı. Nə düşündüsə gəlib baş vəzirin qarşısında dayandı.
- Vəzir, sən belə et, - dedi.
- Əmri-fərmanındır, qibleyi-aləm!
O nəyisə yenə də götür-qoy edib dilləndi:
- Sən o Tənbəllər evinə od vurdur, qoy alovun dilimləri ərşə qalxsın. Kim o yanğından axırıncı çıxacaqsa, onu da padişahın və dövlətin tənbəli elan edək.

Vəzir onun sözünü təsdiqlədi:

-Yaxşı fikirdir, qibleyi-aləm!

Padişah özünün fikrinə əlavə etdi:

-Görünür rəiyyətə balıq vermək lazım deyil. Gərəkdir ona necə balıq tutmağı öyrədəsən....

Nağıl dili yüyrək olur.

Tənbəllər evinə od vurulur. Atəş, alovun dilləri ərşə qalxır. Ölkədə müftə yeyənlər dərhal qaçıb aradan çıxırlar. Odun, alovun içində iki nəfər qalır. Biri qışqırır:

-Ay yandım, kömək edin! Ay yandım, kömək edin!

Onun yanında uzanan o biri tənbəl deyir:

-Ə, sən canın, mənim də əvəzimə qışqır.

Nə isə bu iki nəfəri birtəhər oddan, alovdan xilas edib, ölkənin tənbəli elan edirlər.

O gündən isə padişah əmr edir ki, hər kəs bir sənətə sahib olmasa, ciddi cəzalanacaq. Nəhayət ki, padişah rəiyyətinə balıq tutmağı öyrədir.

P.S. Bu nağıla oxşar hadisə başqa variantda Qaraqoyunlar dövlətində baş vermişdi.

YUNUS OĞUZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Sentyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri