Ayaqlardakı bu əlamət ürək xəstəliyinin əlamətidir Ölümə aparır | Icma.az
Icma.az, Milli.az saytına istinadən bildirir. "Ürək-damar xəstəlikləri geniş yayılıb və ölüm səbəbləri arasında ilk sıralarda yer alır.
Hipertoniya, koronar arter xəstəliyi və ürək çatışmazlığı bu ölümlərin böyük bir qisminə səbəb olur" Milli.Az xəbər verir ki, bu sözləri Mehmet Akif Ersoy Ürək, Damar və Cərrahiyyə Tədris və Araşdırma Xəstəxanasının kardioloqu Prof.
Dr. Fatih Uzun 14-20 aprel Ürək Sağlamlığı Həftəsi çərçivəsində deyib. Prof. Dr.
Uzun bildirib ki, ürək-damar sağlamlığı həyat keyfiyyətini birbaşa təsir edir.
Onun sözlərinə görə bu xəstəliklər təkcə həyat tərzi ilə deyil, genetik və ətraf mühit amilləri ilə də bağlıdır.
O qeyd edib ki, ürək-damar sistemindəki pozuntular yalnız ürəyə deyil, bədənin bütün orqanlarına zərər verir, çünki qan axını olmadan heç bir toxuma normal fəaliyyət göstərə bilməz.
Prof. Dr. Uzun, ən çox rast gəlinən ürək-damar xəstəliklərini də sadalayıb.
Koronar arter xəstəliyi - ürəyə qan axınının zəifləməsi ilə ortaya çıxır və infarkt, aritmiya və qəfil ölümlə nəticələnə bilər.
Tam oxu
Xəbəri oxu