Icma.az
close
up
RU
Ayaqlardakı bu əlamət ürək xəstəliyinin əlamətidir Ölümə aparır

Ayaqlardakı bu əlamət ürək xəstəliyinin əlamətidir Ölümə aparır

Icma.az, Milli.az saytına istinadən bildirir.

"Ürək-damar xəstəlikləri geniş yayılıb və ölüm səbəbləri arasında ilk sıralarda yer alır. Hipertoniya, koronar arter xəstəliyi və ürək çatışmazlığı bu ölümlərin böyük bir qisminə səbəb olur"

Milli.Az xəbər verir ki, bu sözləri Mehmet Akif Ersoy Ürək, Damar və Cərrahiyyə Tədris və Araşdırma Xəstəxanasının kardioloqu Prof. Dr. Fatih Uzun 14-20 aprel Ürək Sağlamlığı Həftəsi çərçivəsində deyib.

Prof. Dr. Uzun bildirib ki, ürək-damar sağlamlığı həyat keyfiyyətini birbaşa təsir edir. Onun sözlərinə görə bu xəstəliklər təkcə həyat tərzi ilə deyil, genetik və ətraf mühit amilləri ilə də bağlıdır.

O qeyd edib ki, ürək-damar sistemindəki pozuntular yalnız ürəyə deyil, bədənin bütün orqanlarına zərər verir, çünki qan axını olmadan heç bir toxuma normal fəaliyyət göstərə bilməz.

Prof. Dr. Uzun, ən çox rast gəlinən ürək-damar xəstəliklərini də sadalayıb. Koronar arter xəstəliyi - ürəyə qan axınının zəifləməsi ilə ortaya çıxır və infarkt, aritmiya və qəfil ölümlə nəticələnə bilər.

Hipertoniya - yüksək qan təzyiqi damar divarlarını zədələyərək beyin qanaması və damar partlamasına yol aça bilər. Ürək çatışmazlığı - ürəyin qanı kifayət qədər pompalaya bilməməsidir və nəfəs darlığı, halsızlıq, iştahsızlıqla özünü büruzə verir.

Aritmiyalar - ürək ritminin pozulmasıdır. Ürək qapaq xəstəlikləri - qan axışında geriyə sızma və ya daralma ilə müşahidə edilən problemlərdir. Perifer arter xəstəliyi - xüsusilə ayaq damarlarının tıxanması ilə ortaya çıxır və gediş zamanı ağrı ilə özünü göstərir. Anevrizmalar - damar divarının zəifləməsi nəticəsində yaranan genişlənmələrdir və yırtıldıqda həyati təhlükəyə səbəb ola bilər.

Həkim bu əlamətləri olan şəxslərə təcili həkimə müraciət etməyi tövsiyə edib: "Nəfəs darlığı, bədəndə şişkinlik, döş qəfəsində ağrı varsa, dərhal kardioloqa müraciət edilməlidir. Bəzən ayaqlarda olan ağrı da damar tıxanmasının xəbərçisi ola bilər".

"Sağlam qidalanmaq, idmanla məşğul olmaq, siqaretdən uzaq durmaq, stressi idarə etmək və müntəzəm olaraq sağlamlıq yoxlamasından keçmək ürək-damar xəstəliklərinin qarşısını almağın əsas yollarındandır".

İsmayıl
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Aprel 2025 22:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri