Ayaqların yaddaşında bir torpaq var... | Icma.az
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şahanə MÜŞFİQKeçən günlərdə bir əhdin izi ilə Bakıdan payi-piyada yola düşən cütlüyün xəbərini oxuyanda şairin o məşhur misrası yadıma düşdü: "Yollar dünyada çoxdur..." Bu yol onları əhdinə, Vətəninə aparan yol idi.
Bu qayıdış təkcə Vətənə dönüş yox, əhdin yükünü çiyninə götürüb, torpağın hər qarışını hiss edərək, nəfəs-nəfəs geri qayıtmaq idi.
Elə bu zaman yol daha dərin, daha müqəddəs görünür. Əslində insan deyil yolu keçən, yol keçir insanın içindən...
Yusif və Bahar Nəcəfovların hekayəsi məhz belə bir dönüşün, belə bir yolçuluğun hekayəsidir.
Onlar əhd etmişdilər: "Əgər Laçın azad olunarsa, ora piyada gedəcəyik". Bu söz uzun illər qəlblərində yaşadı, zaman-zaman sınağa çəkildi.
Sözlər unudula bilərdi, bəhanələr tapıla bilərdi, həyatın çətinlikləri, yorğunluqları, zamanın əli bu vədi gözlədə bilərdi. Amma olmadı.
Çünki bu, sadəcə bir söz deyildi. Bu, torpağa, vətənə, şəhid ruhuna deyilmiş bir vəd idi.
Tam oxu
Xəbəri oxu