Icma.az
close
up
RU
Ayaqların yaddaşında bir torpaq var...

Ayaqların yaddaşında bir torpaq var...

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şahanə MÜŞFİQ

Keçən günlərdə bir əhdin izi ilə Bakıdan payi-piyada yola düşən cütlüyün xəbərini oxuyanda şairin o məşhur misrası yadıma düşdü: "Yollar dünyada çoxdur..." Bu yol onları əhdinə, Vətəninə aparan yol idi. Bu qayıdış təkcə Vətənə dönüş yox, əhdin yükünü çiyninə götürüb, torpağın hər qarışını hiss edərək, nəfəs-nəfəs geri qayıtmaq idi. Elə bu zaman yol daha dərin, daha müqəddəs görünür. Əslində insan deyil yolu keçən, yol keçir insanın içindən...

Yusif və Bahar Nəcəfovların hekayəsi məhz belə bir dönüşün, belə bir yolçuluğun hekayəsidir. Onlar əhd etmişdilər: "Əgər Laçın azad olunarsa, ora piyada gedəcəyik". Bu söz uzun illər qəlblərində yaşadı, zaman-zaman sınağa çəkildi. Sözlər unudula bilərdi, bəhanələr tapıla bilərdi, həyatın çətinlikləri, yorğunluqları, zamanın əli bu vədi gözlədə bilərdi. Amma olmadı. Çünki bu, sadəcə bir söz deyildi. Bu, torpağa, vətənə, şəhid ruhuna deyilmiş bir vəd idi. Onlar bu sözü asfaltın üstünə deyil, torpağın altına yazmışdılar.

Laçın... Bu ad özü-özlüyündə bir hekayədir. Uzun illər boyu həsrətlə, nisgillə, içi boşalmış cümlələr kimi çəkilib gəldi dildə. Qarabağ kimi, Xocalı kimi, Şuşa kimi hər kəsin ürəyinin yaralı tərəfi olan Laçın. Orada doğulanlar üçün o, itirilmiş uşaqlıq, gənclik, unudulmaz xatirələr idi. Orada doğulmayıb, amma Qarabağı sevənlər üçün isə Laçın xəyalların ümumi adı... İndi bu ad azadlıqla birləşib və bu azadlığın içində sadiqlərin əhdi var.

Yusif bəy təkcə bu yürüşün qəhrəmanı deyil. O, həm də bir dövrün, bir vətənsevər nəslin təmsilçisidir. Əfqanıstanda döyüşüb. Birinci Qarabağ müharibəsində vuruşub. Həyatı boyu torpağın hər qarışına ürəyini qoymuş insanlardan biridir. Vətən onun üçün xəritədə bir bölgə deyil, sinəsində döyünən inamdır. Onun səsi çıxmasa da, ayaqları danışır. O danışmır, addımlayır. Və hər addımında bir hekayə yatır.

Həyat yoldaşı Bahar xanım da bu sınaq yolunun ortaq yolçusudur. Qadının bu yolçuluqda olması təkcə fiziki birgəlik deyil. Bu, vətən sevgisinin ailə dəyərləri ilə necə iç-içə keçdiyini göstərir. Onlar bu yolda təkcə torpağa deyil, bir-birinə də sədaqətlərini daşıyıblar. Cütlük bu səfərlə bir əhdə sadiqliyin, bir sevgiyə dayaq olmağın, bir ailənin ruh gücünün timsalına çevrilib.

Onlar həm də çox təvazökar, vətənə olan sevgilərinin ölkədə bu cür rezonans doğurmasından son dərəcə narahat insanlardır. Bu yazını yazarkən Yusif bəylə əlaqə saxlayanda hələ mən heç nə deməmiş, nə üçün zəng etdiyimi anladı və düşüncələrini mənimlə bölüşməkdən imtina elədi. "Bu, mənim əhdim idi. O videonu da mən paylaşmamışdım, heç paylaşmazdım da. Video paylaşıldı və bu cür səs-küyə səbəb oldu. Bizim öz əhdimizi yerinə yetirməyimiz niyə bu qədər şişirdildi? Mən bundan çox narahatam"- sözləri də təvazökarlığın və əsl sevginin göstəricisi idi. O sevgi ki, bütün bərbəzəkdən, şişirdilmələrdən uzaqdır. Uzaq qalmağı seçir. Amma bu sevgi həm də örnəkdir. Uzun illər torpaq həsrəti ilə yaşamış, həm də etiraf edək ki, çəkdiyi ağrıları unutmağa hazır unutqan millətimiz üçün örnək... O görməlidir ki, bizim illər boyunca vətəninin həsrətini çəkən insanlarımız olublar. Bu uğurda əhdlər, nəzirlər, niyazlar deyilib. Nə böyük xoşbəxtlik ki, həmin əhdlərin gerçəkləşdiyi gün gəlib çatdı.

Elə bu sözlərimdən və inadkar israrlarımdan sonra Yusif bəy qısaca da olsa, danışmağa razılıq verdi:

"1992-ci ildə Laçından çıxarkən əhd eləmişdim ki, Laçın işğaldan azad olunsun, dədəmin evinə piyada gedəcəyəm. Çox şükür ki, bu gün o gündür. Allah şəhidlərimizə rəhmət eləsin, Ali Baş Komandanımıza cansağlığı versin ki, bizə bu xoşbəxtliyi yaşatdılar. Bu gün biz öz əhdimizi yerinə yetirə bildik".

2010-cu ildən bəri Avropada yaşayan cütlük məhz bu əhdlərini yerinə yetirmək üçün vətənə qayıdıb və Laçına doğru iki gün boyunca piyada yol gediblər. Yusif bəy bizimlə söhbətində "bu hadisəni niyə şişirtdilər, axı biz 418 km yol getməmişik" - deyirdi. Başa düşdüyüm qədərilə onlar bu yola sosial şəbəkələrdə paylaşıldığı kimi Bakıdan çıxmayıblar. Amma bunun da elə bir fərqi yoxdur. Vətənə və əhdinə aparan yolun uzunluğunun nə önəmi var ki? Axı bu, bir fiziki cəhdin hesabatı deyil. Bu, mənəvi məsafənin aşılmasıdır. Bu, insanın öz yaddaşı ilə, öz kökü ilə, öz əhdilə təkrar görüşə getməsidir. Sözə sədaqət bu qədər uzun yol gedə bilərmi? Əgər söz müqəddəsdirsə, bəli.

Biz müasir dünyada hər şeyi tez-tez dəyişən, tez unudan bir nəsilə çevrilmişik. Sözdə vətənə bağlıyıq, amma vətən sevgisini bəzən statusda, bəzən bir əlamətdar gündə yazılan paylaşımlarda yaşadırıq. Amma bu cütlük bizə göstərdi ki, vətəni sevmək torpağın tozunu qədəminlə silməkdir. Azad edilmiş bir kəndə avtomobillə getmək yox, onu addım-addım yaşamaqdır.

Bu yürüş həm də bir çağırışdır. Sözə sədaqətin, əhdə bağlılığın, ailə birliyinin, vətən sevgisinin çağırışı. Təkcə Nəcəfovların deyil, yüzlərlə azərbaycanlının ürəyində yanan bir hissin təcəssümüdür. Bu yol hər birimizin içində getməli olduğumuz yolun metaforasıdır. Əgər biz də öz sözümüzə, öz torpağımıza, öz vədimizə sadiq olsaq, nə qədər uzun olsa da, o yolu gedəcəyik. Hətta piyada da olsa...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://525.az
archiveBu xəbər 21 İyul 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see356

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see326

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see296

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see235

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see221

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see214

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see210

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see195

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see189

UEFA Konfrans Liqası: Qarabağ Tvente yə qarşı

20 Avqust 2026 08:45see162

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see161

Avro və rubl bahalaşdı

20 Avqust 2026 09:13see160

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see159

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see156

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see153

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see152

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see149

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see148

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see140

Fransada yanğınsöndürənlər və xilasedicilər sentyabrın 26 dan müddətsiz tətilə başlayırlar

20 Avqust 2026 08:34see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri