Ayaz Mütəllibov SSRİ nazirinə məktubunda bunları yazıbmış | Icma.az
Icma.az bildirir, News24 saytına əsaslanaraq. SSRİ-nin keçmiş daxili işlər naziri (1988-1990), DTK-nın sonuncu şefi (1991-1992) Vadim Bakati
Ümid edirəm ki, bu qeydlər Sizin cari vəziyyətlə bağlı dəqiq fikrinizin formalaşmasında yetərli olacaq.
Təbii ki, burada Ermənistan və Azərbaycan arasındakı əlaqələrin inkişafına təsir edən vəziyyəti nəzərdə tuturam.Çoxları, o cümlədən Siz də əminsiniz ki, mövcud mərhələdə danışıqlar yolu ilə qarşıdurmanı aradan qaldırmaq və iki respublika arasındakı münasibətlərin vəziyyətini yumşaltmaq mümkündür.
Sizi əmin etmək istəyirəm ki, konkret olaraq bu halda, danışıqlara başlamazdan əvvəl - hansı ki, mənim başa düşdüyümə görə, respublikalar arasında Dağlıq Qarabağ hadisələrindən əvvəl mövcud olmuş status-kvonun bərpasından söhbət gedir - müəyyən addımlar atılmalıdır.
Yəni:- Silahlı qruplaşmalar tərk-silah edilməlidir (razılaşın ki, Ermənistanda yaradılmış "milli ordu" Dağlıq Qarabağ məsələsində Azərbaycana psixoloji təzyiq göstərmək üçün təşkil olunmuşdur).
Bu şəraitdə heç bir danışıqlar mümkün deyil.- Dağlıq Qarabağın işlərinə müdaxilə dayandırmalıdır.
Bu muxtar vilayət Azərbaycanın tərkib hissəsidir, Ermənistanın yox. Orada ermənilərin yaşaması heç nəyi dəyişmir.
Ermənistan ərazisində artıq azərbaycanlı qalmadığı halda, Dağlıq Qarabağ, ermənilər və onların "öz müqəddəratını təyinetmə" uğrunda "mübarizəsi" barədə hər yerdə hay-küy qaldırmaq nə dərəcədə etikdir?
Tam oxu
Xəbəri oxu