Icma.az
close
up
RU
Ayaz Mütəllibov SSRİ nazirinə məktubunda bunları yazıbmış

Ayaz Mütəllibov SSRİ nazirinə məktubunda bunları yazıbmış

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

SSRİ-nin keçmiş daxili işlər naziri (1988-1990), DTK-nın sonuncu şefi (1991-1992) Vadim Bakatin özünün "Keçmiş zamanda yol" (Дорога в прошедшем времени) kitabında 1990-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Ayaz Mütəllibovun ona yazdığı məktubu dərc edib.

News24.az axar.az-a istinadən məktubun mətnini təqdim edir:

"Sizə etdiyimiz şifahi müraciətdən fərqli olaraq, yazılı müraciətin bəlli bir həssaslığı vardır. Ümid edirəm ki, bu qeydlər Sizin cari vəziyyətlə bağlı dəqiq fikrinizin formalaşmasında yetərli olacaq. Təbii ki, burada Ermənistan və Azərbaycan arasındakı əlaqələrin inkişafına təsir edən vəziyyəti nəzərdə tuturam.

Çoxları, o cümlədən Siz də əminsiniz ki, mövcud mərhələdə danışıqlar yolu ilə qarşıdurmanı aradan qaldırmaq və iki respublika arasındakı münasibətlərin vəziyyətini yumşaltmaq mümkündür. Sizi əmin etmək istəyirəm ki, konkret olaraq bu halda, danışıqlara başlamazdan əvvəl - hansı ki, mənim başa düşdüyümə görə, respublikalar arasında Dağlıq Qarabağ hadisələrindən əvvəl mövcud olmuş status-kvonun bərpasından söhbət gedir - müəyyən addımlar atılmalıdır. Yəni:

- Silahlı qruplaşmalar tərk-silah edilməlidir (razılaşın ki, Ermənistanda yaradılmış "milli ordu" Dağlıq Qarabağ məsələsində Azərbaycana psixoloji təzyiq göstərmək üçün təşkil olunmuşdur). Bu şəraitdə heç bir danışıqlar mümkün deyil.

- Dağlıq Qarabağın işlərinə müdaxilə dayandırmalıdır. Bu muxtar vilayət Azərbaycanın tərkib hissəsidir, Ermənistanın yox. Orada ermənilərin yaşaması heç nəyi dəyişmir. Ermənistan ərazisində artıq azərbaycanlı qalmadığı halda, Dağlıq Qarabağ, ermənilər və onların "öz müqəddəratını təyinetmə" uğrunda "mübarizəsi" barədə hər yerdə hay-küy qaldırmaq nə dərəcədə etikdir? Siz mənim məsələyə baxışımı soruşursunuz. Bəs bunu xalqa necə izah edək? Axı heç kim XX əsrin əvvəllərində Ermənistan əhalisinin yarısını təşkil edən azərbaycanlılardan danışmır. Amma bu gün orada bir nəfər belə azərbaycanlı qalmayıb və biz ermənilər haqqında, onların guya diskriminasiyası, demoqrafik dəyişikliklər və sair barədə danışırıq.

Mən tam əminəm ki, bu gün Dağlıq Qarabağın mövcudluğu Azərbaycandan çox, Ermənistandan asılıdır. Əgər onlar bunu anlamazlarsa, muxtariyyət mövcudluğunu dayandıracaq, çünki orada ermənilər qalmayacaq! Və sizi əmin edirəm ki, heç bir ordu vəziyyəti xilas edə bilməyəcək. Buna görə də bizim şərtlərimiz belədir:

Azərbaycan suveren respublikadır. Dağlıq Qarabağ isə Azərbaycanın tərkibində, onun iqtisadi və siyasi strukturunda muxtar vilayətdir. Azərbaycanın ərazisində Azərbaycan SSR və SSRİ Konstitusiyası qüvvədədir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://news24.az
archiveBu xəbər 13 Fevral 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see644

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see241

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see235

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see203

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see169

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri