Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir. 2024-cü il şou-biznesdə bir çox hadisələrlə yadda qalıb.
Kimi qalmaqalları, kimi barışıqları, kimi də sadəcə oxuduğu mahnı ilə yaddaşlara həkk olunub.
Axşam.az bu dəfə 2024-cü ilin şou-biznesdə ən yaddaqalan hadisələrini təqdim edir: Xalq artisti Aygün Kazımova bu il bir-birinin ardınca hit mahnılar təqdim edərək adından yetəri qədər söz etdirib.
Pop kraliça "S.O.S" mahnısı ilə şou-biznesdəki sükutu pozub.
Bəstə qısa vaxtda hamının dilinə düşüb, hitə şevrilib, bütün məkanlarda səsləndirilib, hətta ölkə sərhədlərini aşıb.
Kazımovanın 2024-cü ildə "Bilmək olmaz" kimi daha bir mahnısı hitə çevrilib. Divanın hər çıxışı da anşlaqla keçib.
Onun müxtəlif məkanlarda verdiyi konsertlər tamaşaçı axını ilə yadda qalıb.
2024-cü ilin ən çox danışılan qalmaqalı Xalq artisti Ağadadaş Ağayevin xəstəxana mühafizəçisinə balta atması olub.