Icma.az
close
up
RU
Aygünün S.O.Su, Ağadadaşın baltası, cənnətə düşən eşq

Aygünün S.O.Su, Ağadadaşın baltası, cənnətə düşən eşq

Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2024-cü il şou-biznesdə bir çox hadisələrlə yadda qalıb. Kimi qalmaqalları, kimi barışıqları, kimi də sadəcə oxuduğu mahnı ilə yaddaşlara həkk olunub. 

Axşam.az bu dəfə 2024-cü ilin şou-biznesdə ən yaddaqalan hadisələrini təqdim edir:

Xalq artisti Aygün Kazımova bu il bir-birinin ardınca hit mahnılar təqdim edərək adından yetəri qədər söz etdirib. Pop kraliça "S.O.S" mahnısı ilə şou-biznesdəki sükutu pozub. Bəstə qısa vaxtda hamının dilinə düşüb, hitə şevrilib, bütün məkanlarda səsləndirilib, hətta ölkə sərhədlərini aşıb. Kazımovanın 2024-cü ildə "Bilmək olmaz" kimi daha bir mahnısı hitə çevrilib. Divanın hər çıxışı da anşlaqla keçib. Onun müxtəlif məkanlarda verdiyi konsertlər tamaşaçı axını ilə yadda qalıb. 

2024-cü ilin ən çox danışılan qalmaqalı Xalq artisti Ağadadaş Ağayevin xəstəxana mühafizəçisinə balta atması olub. Qulağı zədələnən müğənni evinin qarşısında yerləşən xəstəxannın mühafizəçisindən ona həkim çağırmalarını istəyib. Mühafizəçi isə etiraz edib, tərəflər arasında mübahisə düşüb. Bu an A.Ağayev xəstəxananın qarşısına gələrək əlindəki baltanı mühafizəçiyə atıb. O isə ifaçının üstünə hücum çəkərək, onu döyüb. Hazırda tərəflər bir-birini məhkəməyə verib.

İlin səs-küylü hadisələrindən biri də keçmiş "W-trio" qızları - Xalq artisti Röya Ayxan, Natavan Həbibi və Elnarə Xəlilovanın barışığı olub. İllərdir bir-birinin ünvanına olmazın sözün deyən keçmiş rəfiqələr ilin son günlərində bir araya gələrək incikliyə son qoyublar. Əvvəlcə Natavanla Röya barışıb. Bir neçə gün əvvəl isə Elnarə onlarla birlikdə görüntüsünü yayımlayaraq, küsülülüyə son qoyduqlarını bildirib. 

Aparıcı Aytən Səfərova da bu il yaddaqalan simalardan olub. Belə ki, aparıcı səhər saatlarında işə gedərkən avtomobil qəzasına düşüb. Hadisə nəticəsində 2005-ci il təvəllüdlü Ayxan Əliyev adlı gənc dünyasını dəyişib. 

Müğənnilər Vəfa Şərifova və Şəbnəm Tovuzlunun "eşq" (Vəfa hazırda Şəbnəmin keçmiş həyat yoldaşı, iş adamı Famillə sevgilidir - red.) qalmaqalı bu il "cənnətə" düşüb. Belə ki, bəstəkar "Cənnətimsən" adlı mahnını düşmən olan hər iki müğənniyə satıb. Elə həngamə də bundan sonra başlayıb. Keçmiş dəftərləri yenidən açan Şəbnəmlə Vəfa bir-birinin ünvanına olmazın sözlərini deyib, bilinməyən sirləri açıb, çəkilməyən adları çəkiblər. Sonda isə Şəbnəm mahnının əsl sahibinin özü olduğunu sübut edərək, Vəfa üzərində qələbə qazanıb.  

Müğənni Kərim Abbasov isə 2024-cü ilə döyülmə xəbəri ilə damğa vurub. Toy məclisində fonoqram oxuyan Kərim qonaqlardan biri tərəfindən şiddətə məruz qalıb. O, əvvəlcə ifaçının ünvanına xoşagəlməz sözlər deyib, daha sonra isə əl-qol hərəkətləri edib. Mübahisə zamanı Kərimin barmağı zədələnib. Sənətçi hazırda həmin şəxsi məhkəməyə verib. Müğənni bu hadisədən sonra ölkədən çıxışına "stop" qoyulduğunu açıqlayıb. 

Aparıcı İlqar Mikayıloğlu efirdə “Miss Türkiyə 2024”ün qalibi olan İdil Bilgeni təhqir edib. "Bu şəxsə kim gözəl deyə bilər? Çənəsi daha çox yer şumlamaq üçün nəzərdə tutulmuş şəxsin Türkiyədə gözəllik yarışmasının qalibi olması təəccüblüdür. Türkiyə mediasında İdili "Şaban"a oxşadırlar" sözlərini deyən aparıcı sosial şəbəkədə top atəşinə tutulub. Hər kəs aparıcının bir qadını təhqir etməsini qınayıb.

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın həkimlərlə bağlı paylaşımları isə bu ilin hələ də gündəmdən düşməyən mövzusu olub. Belə ki, jurnalist bir çox həkimin diplomunun olmadığını, bəzilərinin saxta diplom aldığını yazıb. Hətta Ataşova həkimlərin adlarını bir-bir paylaşaraq, onları ifşa da edib. 

Əməkdar artist Elza Seyidcahanın meyxanaçıları tənqid etməsi ilin hadisələri arasında yer alıb. Meyxanaçıların gənclərin tərbiyəsini pozduğunu deyən Elza "Baxırsan ki, meyxanaçıdır adını "söz xiridarı" qoyub, amma "ç" hərifi ilə olan sözləri ifadə edəndə "ts" deyir. "Çarə" sözünə "tsarə" deyir. Əgər sənin dilində və nitqində qüsur varsa, səni efirə buraxmamalıdırlar. O bahalı avtomobil və ona bahalı nömrə, ev alan meyxanaçıdan xahiş edirəm: Sizin böyük dinləyici kütləniz var, onları səhv tələffüsünüzlə pozmayın. Misal üçün, sizi sevən gənclər "canım" sözünə "dzanım", "çarə" sözünə isə "tsarə" deyəcəklər. Söyləyəcəklər ki, bu meyxanaçı bahalı avtomobil sürüb, bahalı paltar geyinir və "çarə"yə "tsarə" deyir, qoy mən də o sözü elə deyim" açıqlamasını verib. 

Onun bu sözləri Rüfət Nasosnunun xoşuna gəlməmiş, qarşı tərəf Seyidcahanın ünvanına sərt sözlər demişdi.

İlin ən çox danışılan şousu isə "Maska" olub. İTV-nin 2023-cü ildə başladığı şounun qalibi 2024-cü ilin fevralında açıqlanıb. Münsif kürsüsündə Xalq artisti Faiq Ağayev, aparıcı Kamilə Babayeva, Əməkdar artist Coşqun Rəhimov, müğənni Murad Arif və Nigar Camalın əyləşdiyi yarışmada Dilarə Kazımova "Canavar" obrazı ilə finala qalıb.

"Avroviziya" mahnı müsabiqəsində təmsilçilərimiz İlkin Dövlətov və FahRee-nin finala vəsiqə qazana bilməməsi sosial şəbəkədə tənqid olunub. Belə ki, hər kəs bunun günahkarının yarışmanın Azərbaycan üzrə musiqi prodüseri Eldar Qasımovun olduğunu bildirib. Sosial şəbəkədə Eldarın  bütün paylaşımlarının altından #istefa sözü yazılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:433
embedMənbə:https://axsam.az
archiveBu xəbər 05 Dekabr 2024 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri