Ayı ilə selfi macərası: Həvəskar çəkiliş az qala faciə ilə bitirdi | Icma.az
Sherg.az saytına istinadən Icma.az xəbər verir. Sivasın Hafik rayonunda yol kənarında ayı görən bir vətəndaş, onu görüntüləmək üçün avtomobi
“Koca oğlan!” deyə səsləndiyi ayının qəfil hərəkəti isə az qala faciə ilə nəticələnəcəkdi.
Vətəndaş həmin anları telefonla qeydə alıb.Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Hafik rayonuna bağlı Pusat kəndi yaxınlığında baş verib.
Doğanşar istiqamətindən Hafikə doğru hərəkət edən Mustafa Yaman, yolun kənarında bir ayı görüb.
Marağına yenilən Yaman, avtomobilindən enərək heyvana yaxınlaşıb və onu çəkərək sosial mediada paylaşıb."Əvvəl umursamadı, sonra üstünə atıldı"Mustafa Yaman hadisə ilə bağlı bunları söyləyib:“Sivasın Doğanşar rayonundan Hafik Pusat kəndinə gedirdim.
Yolun kənarında balaca və şirin bir ayı gördüm. Avtomobildən enib izləmək və o anları qeydə almaq istədim.
Amma yaxınlaşdıqda balaca deyil, əməlli-başlı iri bir ayı olduğunu anladım. Kış yuxusundan yenicə oyanmış kimi idi, ac və çaşqın görünürdü.
Çəkiliş etmək istəyəndə əvvəl məni görməzlikdən gəldi. Ancaq sonra birdən mənə atıldı. Tez kameranı söndürüb maşınıma qaçdım.
Tam oxu
Xəbəri oxu