Icma.az
close
up
RU
Ayı ilə selfi macərası: Həvəskar çəkiliş az qala faciə ilə bitirdi

Ayı ilə selfi macərası: Həvəskar çəkiliş az qala faciə ilə bitirdi

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Sivasın Hafik rayonunda yol kənarında ayı görən bir vətəndaş, onu görüntüləmək üçün avtomobilindən enib yaxınlaşdı. “Koca oğlan!” deyə səsləndiyi ayının qəfil hərəkəti isə az qala faciə ilə nəticələnəcəkdi. Vətəndaş həmin anları telefonla qeydə alıb.


Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Hafik rayonuna bağlı Pusat kəndi yaxınlığında baş verib. Doğanşar istiqamətindən Hafikə doğru hərəkət edən Mustafa Yaman, yolun kənarında bir ayı görüb. Marağına yenilən Yaman, avtomobilindən enərək heyvana yaxınlaşıb və onu çəkərək sosial mediada paylaşıb.


"Əvvəl umursamadı, sonra üstünə atıldı"


Mustafa Yaman hadisə ilə bağlı bunları söyləyib:

“Sivasın Doğanşar rayonundan Hafik Pusat kəndinə gedirdim. Yolun kənarında balaca və şirin bir ayı gördüm. Avtomobildən enib izləmək və o anları qeydə almaq istədim. Amma yaxınlaşdıqda balaca deyil, əməlli-başlı iri bir ayı olduğunu anladım. Kış yuxusundan yenicə oyanmış kimi idi, ac və çaşqın görünürdü. Çəkiliş etmək istəyəndə əvvəl məni görməzlikdən gəldi. Ancaq sonra birdən mənə atıldı. Tez kameranı söndürüb maşınıma qaçdım. Oradan uzaqlaşdım. Mənim üçün həm qorxulu, həm də komik bir anı oldu.”

Mustafa Yamanın paylaşdığı video qısa müddətdə sosial şəbəkələrdə geniş maraq doğurub və böyük bəyənmə toplayıb.

Bu cür hallarda mütəxəssislər vətəndaşları vəhşi heyvanlarla məsafəni qorumağa və onların təbiətinə müdaxilə etməməyə çağırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 May 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri