Icma.az, Yeniavaz saytına istinadən bildirir. İlin ən bərəkətli mövsümünə, ayların sultanı Ramazana qədəm qoyduq.
Ramazan oruc ayıdır, bu ayda müsəlmanlar gün boyu oruc tuturlar.
Bütün ibadətlər Allah (c.c.) əmri olduğu üçün yerinə yetirildiyi kimi, oruc ibadəti də Allah (c.c.) əmri olduğu üçün yerinə yetirilir.
Ona görə də, bu mövzuda bəzi zəruri məlumatları oxucularla bölüşməyi qərara aldıq...
Hər şeydən əvvəl onu deməyi lazım bilirik ki, bu ibadətə psixoloji baxımdan hazırlaşmaq lazımdır.
Və əmin olmalısınız ki, Allahın əmr etdiyi bu ibadətdə bizim üçün çox böyük faydalar var.
Bu ay boyu oruc tutan insan həm fiziki baxımdan, həm də mənəvi baxımdan təmizlənir.
Əgər sağlamlığınızda hər hansı ciddi problem yoxdursa, əmin olun ki, bu ibadətlə siz öz sağlamlığınızı daha da möhkəmləndirəcəksiniz.