Icma.az
close
up
RU
Ayların sultanı gəldi

Ayların sultanı gəldi

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


İlin ən bərəkətli mövsümünə, ayların sultanı Ramazana qədəm qoyduq.
Ramazan oruc ayıdır, bu ayda müsəlmanlar gün boyu oruc tuturlar. Bütün ibadətlər Allah (c.c.) əmri olduğu üçün yerinə yetirildiyi kimi, oruc ibadəti də Allah (c.c.) əmri olduğu üçün yerinə yetirilir. Ona görə də, bu mövzuda bəzi zəruri məlumatları oxucularla bölüşməyi qərara aldıq...
Hər şeydən əvvəl onu deməyi lazım bilirik ki, bu ibadətə psixoloji baxımdan hazırlaşmaq lazımdır. Və əmin olmalısınız ki, Allahın əmr etdiyi bu ibadətdə bizim üçün çox böyük faydalar var.
Bu ay boyu oruc tutan insan həm fiziki baxımdan, həm də mənəvi baxımdan təmizlənir. Əgər sağlamlığınızda hər hansı ciddi problem yoxdursa, əmin olun ki, bu ibadətlə siz öz sağlamlığınızı daha da möhkəmləndirəcəksiniz. Sevimli Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, oruc tutun, sağlam olun.
Oruc tutana hörmət göstərmək isə elə oruca hörmət göstərməkdir. Ona görə də, üzrlü səbəbdən oruc tuta bilməyənlər oruca hörmət xatirinə ehtiyatlı olsunlar və həm də əmin olsunlar ki, bunun mükafatını alacaqlar.
Allah (c.c.) buyurur ki, oruc ibadəti mənim üçündür, onun mükafatını da Özüm verəcəyəm. Peyğəmbərimiz (s.ə.s.) də bu ibadətin faydaları haqqında çox bəhs etmiş və çox günahın bu ibadətlə təmizləndiyini müjdələmişdir.
İndi isə oxucularımızla oruc ibadətinin fəziləti haqqında bəzi müjdələri bölüşək:
Hz. Əbu Hüreyrədən (r.a.):
- Əziz və Cəlil olan Allah: “İnsanın orucdan başqa digər əməlləri özü üçündür. Oruc isə mənim üçündür, mükafatını da mən verəcəyəm”, - buyurmuşdur.
- Oruc qalxandır. Oruc tutduğunuz gün pis söz deməyin və mübahisə etməyin. Əgər kimsə sizi mübahisəyə çəksə, “Mən orucluyam” deyərək oradan uzaqlaşın.
- Oruclunun iki sevinc anı var: biri iftar etdiyi an, digəri orucunun savabı ilə Rəbbinə qovuşduğu an...
Sadalanan hədislər orucun digər ibadətlərdən fərqli cəhətlərini diqqətə çatdırır. Bu cəhətlərdən biri orucun sırf Allah (c.c.) rizası üçün tutulmasıdır. Bu mənada oruc riyakarlıqdan çox uzaq ibadətdir. Çünki orucun digər ibadətlər kimi gözlə görünən icra tərzi yoxdur.
Orucun digər ibadətlərdən başqa bir fərqi mükafatının çox yüksək olmasıdır. Həm də bu mükafatın bilavasitə Allah tərəfindən verilməsi mükafatın dəyərini artıran amillərdəndir.
Orucun digər xüsusiyyəti isə oruclu insanın davranışları və hərəkətləri ilə bağlıdır. Bu məqamda oruclu insan başqa insanlara qarşı daha nəzakətli davranmalıdır. Hətta ona qarşı nəzakətsizlik olsa belə, o, yenə də nəzakətindən keçməməli və: “Mən orucluyam” deyərək oradan uzaqlaşmalıdır.
İftar və savabın Allah qatına çatması anlarındakı iki sevinc... Bunlardan birincisi maddi və fani, digəri isə mənəvi və əbədidir. Bu sevinc anları yalnız oruclu insana məxsusdur. Oruc tutan insanın iftar anında duyduğu sevinc nə qədər realdırsa, oruclunun Allaha qovuşduğu andakı sevinc də o qədər realdır.
Ramazan həm də sevgi atmosferi, bərəkət mövsümüdür. Bütün varlığı ilə bu ibadətə təşnə olanlar onun zövqünü, bərəkətini yaşaya bilirlər. Allah (c.c.) xalqımızı bu mübarək ayın feyzi, bərəkəti ilə arındırsın…
Murad Məmmədov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 01 Mart 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see387

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see259

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see258

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see251

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see250

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see249

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see247

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see244

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see243

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see242

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see232

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see225

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see223

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see222

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see222

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see222

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see222

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see221

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see220

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri