Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır. “Kicker”in dünən “Ayntraxt”la birgə Bakıya gələn reportyoru Yulian Franzke oyunöncə
Belə ki, son cinah müdafiəçisi Nataniel Braun və ehtiyat qapıçı Mihael Zetterer üçün əvvəlcədən təqdim edilmiş sənədlərdə səhv aşkarlandı.
Buna klub rəhbərliyi yol vermişdi. Vizalar üçün yenidən müraciət edilməliydi. Ölkədə olan Hüzn Günüylə bağlı bu proses bir neçə saat uzandı.
Hər halda, sonda hər kəsin ölkəyə girişinə icazə verildi. Sonra oyunun keçiriləcəyi stadionun durumuyla tanış olduq.
Bu idman qurğusu almaniyalı futoblsevərlərə tanış olan Tofiq Bəhramovun adını daşıyır.
Ot örtüyündə qar var idi, ancaq klubdan bu məsələyə görə narahatlığın olmayacağı bildirildi.
Oyuna gəlincə, “Ayntraxt” həm “Qarabağ”ı, həm də “Tottenhem”i məğlub etməyə məcburdu.
“Qarabağ”ın isə “Liverpul”dan xal alacağına inanmaq çətindi.